Ərdoğan: “Səbrin sonuna gəlmişik” Dünya

Ərdoğan: “Səbrin sonuna gəlmişik”

"Cənub sərhədlərimizdə yeni bir Kandilin yaranmasına əsla imkan verməyəcəyik".
Bu bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşdə çıxış edərkən deyib.
Ərdoğan bildirib ki, PYD terror təşkilatının Hələbin şimalında atdığı provokativ addımların qarşısı alınacaq: "Bölgədə Türkiyənin maraqlarına qarşı hər hansı durumun yaranmasına səssiz qalmayacağıq. Suriya məsələsində Türkiyə özünümüdafiə mövqeyindədir, yəni atdığımız hər addım legitimdir. Bu həssaslığımızı anlamayan və ya buna hörmət etməyən hər kəs bu və ya digər şəkildə əvəzini ödəyəcək. Türkiyə ona qarşı yönəlmiş silahlar qarşısında geri çəkiləcək və ya təslim olacaq bir ölkə deyil. Əgər kimdəsə Türkiyənin səbrinin hüdudunu sınamaq niyyəti varsa, bilsinlər ki, həmin səbrin sonuna gəlmişik".
Türkiyə prezidenti bəyan edib ki, Suriya məsələsinin həlli ilə bağlı tezliklə konsensus əldə olunmalıdır, əks halda Qərb ölkələri qaçqın dalğasının qarşısını ala bilməyəcək.