Rusiya Duması erməni layihəsini qəbul etmədi Dünya

Rusiya Duması erməni layihəsini qəbul etmədi

Rusiya Dövlət Dumasının Şurası "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul etməyib.
Bunu Rusiya Dövlət Dumasının vitse-spikeri Nikolay Leviçev deyib: "Sənədin geri qaytarılmasına səbəb kimi qanun layihəsinin hökumət və Ali Məhkəmə tərəfindən baxılma müddətinin pozulması göstərilib".
Mənfi rəydə qeyd edilir ki, müəlliflər heç bir statistik və ya kriminoloji araşdırmalar barədə, qanun layihəsində Rusiyada "erməni soyqırımı"nı inkar hallarını yayılmasına dair məlumat yoxdur.
Qeyd edək ki, ötən il Dövlət Dumasına "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qanun layihəsi təqdim edilib. Layihənin müəllifləri Rusiya Dövlət Dumasının vitse-spikeri, "Ədalətli Rusiya" partiyasının üzvü Nikolay Leviçev və "Ədalətli Rusiya" partiyasının lideri Sergey Mironov olub.
Qanun layihəsi rəsmi rəy almaq Rusiya hökumətinə və Ali Məhkəməyə üçün göndərilib. Hər iki qurumun qanun layihəsi ilə bağlı rəyi mənfi olub.