Boris Nemtsovun qətlində şübhəli bilinənlərin məhkəməsi keçirilib Dünya

Boris Nemtsovun qətlində şübhəli bilinənlərin məhkəməsi keçirilib

2015-ci ildə Rusiyada müxalifət lideri Boris Nemtsovun qətlində günahlandırılıan beş şübhəlinin hərbi məhkəmədə işinə baxılıb. Çeçen mənşəli şübhəlilər bazar ertəsi günü keçirilən məhkəmədə günahkar olmadıqlarını bildiriblər. Nemtsovu dəstəkləyənlər və ailə üzvləri bildirib ki, onun qətlinin sifarişi yüksək vəzifəli siyasətçilər tərəfindən verilib və əsl cinayətkarlar heç vaxt tapılmayacaq.
Sübhəlilərdən birinin ölkədən qaçma ehtimalına dayanaraq aylarla sürən təhqiqatlardan sonra məhkəmə bazar ertəsi günü işinə başlayıb. Nemtsovun qətlinin motivləri aydın olmayaraq qalır. Lakin çoxları qətlin onun siyasi fəallığına görə törədildiyinə inanır. O, prezident Vladimir Putini açıq tənqid eləyən şəxs kimi tanınır və bir neçə dəfə icazəsiz aksiyalar zamanı həbs olunub.
Nemtsovun ailəsi və onu dəstəkləyənlər deyir ki, təhqiqatlar heç zaman qətlin sifarişçisini hədəf almayıb, sadəcə qətli törədənlərə yönəlib.
Vadim Proxorov: "Onlar əmri yerinə yetirdiklərinə görə ittihamla üzləşiblər. Əgər biz yüksək vəzifəli şəxslərdən Nemtsov işinin həll olunduğunu eşitsək, bu yalan olacaq. Nemtsovun qətlinin üstü açılmayıb."
Nəqliyyatın sıx olduğu və Kremlinin ətrafında onun qətlə yetirilməsi yüksək vəzifəli Rusiyalı rəsmilərin cinayətdə əli olduğundan şübhələnilir.
Piter Eltsov: "Bu əhəmiyyətsiz kimi görünən şəxslərin bu hadisədə əlləri olması şüphəli görünməsə belə onların burada əsas fiqurlardır. Bu cinayət işində görünən odur ki, bunun arxasında yüksək vəzifəli şəxs durur."
Eltsov vurğulayır ki, Rusiya ictimai fiqurların qətlində şəxsləri tapıb və həbs etsədə, əsl cinayətkarlar sərbəst qalır.
Nemtsovun ailəsi Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovda daxil olmaqla rəsmilərə qarşı təhqiqatların davam etməsini tələb edir.
Vadim Proxorov: "Biz ümid edirik ki, məhkəmə hökuməti sadəcə cinayəti törədənlərə qarşı deyil, bunun arxasında duran şəxslərə qarşı daha təfsilatlı təhqiqat aparmağa məcbur edəcək."
Kadırov prezident Putinin müttəfiqi olaraq tanınır. Prezident cinayəti pisləyərək bildirib ki, bunu törədənlər ədalət qarşısında cavab verəcək.