Donald Trampın dünyanın siyasi iqliminə vəd etdiyi kataklizmlər... Dünya

Donald Trampın dünyanın siyasi iqliminə vəd etdiyi kataklizmlər...

ABŞ-da çoxdandır diqqətlə izlənilən prezident seçkisi başa çatdı. Baxmayaraq ki, ABŞ-da 38 partiya qeydiyyatdan keçib, ancaq dövlətin siyasi xəttini iki partiya -Respublikaçılar partiyası və Demokratlar partiyası müəyyən edir. Hətta Yaşıllar Partiyasının sədri bu iki partiyanın seçkilərdə bir-birini əvəz etməsinə etiraz edəndə onu cərimə və həbslə hədələdilər. Seçki qurtarandan sonra məhz Yaşıllar Partiyasının səslərin yenidən sayılmasını tələb etməsi Donald Trampın qəzəbinə və etirazına səbəb oldu və bunu "dələduzluq" adlandırdı.
Seçkiqabağı mərhələdə Hilari Klintonun Barak Obamanının siyasi xəttini davam etdirəcəyini bildirməsi və elektron poçt qalmaqalı bəlkə də ABŞ siyasi dairələrini ,,düşündürməyə" vadar elədi. Çünki "Atlantiksahili güclərin" "Avrasiya güclərinə" məğlub olması açıq-aydın görünməkdədir. Məhz bu səbəbdən ,,elektron poçt" qalmaqalı ortaya atıldı. Məgər bu hadisəni seçkidən sonra etmək olmazdımı? Donald Trampın isə şoumenə sillə vurması kadrları seçkidən sonra nümayiş etdirildi. Onda ortaya sual çıxır. Bütün dünya Hilari Klintonun qələbə çalacağını artıq bildiyi halda necə oldu ki, Donald Tramp prezident seçildi? Əslində Donald Trampın seçilməsinin əsas səbəbi kimi işsiz əhalini işlə təmin edəcəyini vəd verməsi göstərilir. Bəs görəsən görünən dağın görünməyən tərəfində "vəziyyət" necədir?!
Bildiyimiz kimi dünyada iqtisadi maraqlar günü-gündən artmaqdadır. Çin ABŞ-nın orta təbəqəsi üçün məhsul istehsal edir. ABŞ-ın Çinə borcu günü-gündən artmaqdadır. Artıq vəziyyət gələcək üçün ABŞ-a yaxşı heç nə vəd etmir. Üstəlik Çinin uşaq artımına qoyulan qadağnı götürməsi ABŞ-nı ən çox narahat edən məsələlərdən biridir. ABŞ-nı ən çox narahat edən məsələlərdən biri də bizim ölkədən keçməklə Avropanı Asiyayla birləşdirəcək dəmir yolu xəttinin işə düşməsinin yaxınlaşmasıdır. Bildiyimiz kimi 1498-ci ildə Vasko da Qama Hindistana dəniz yolunu kəşf edəndən sonra tarixi ,,İpək yolu" tənəzzülə uğradı. Müasir dövrümüzdə ,,İpək yolu" çərçivəsində avtomobil yolu infrastrukturunun qurulmasıyla bərabər, dəmir yolu qurulması ,,Ucuz bayraq prinsipi" əsasında Panama və Liberiyanın bayrağı altında işləyən qərb gəmiçilik şirkətlərinin böyük maddi vəsait itirəcəklərinə gətirib çıxaracaqdır (Beynəlxalq yükdaşımaların 80%-i gəmilərlə daşınır). Dəmir yolunun işə düşməsində maraqlı olan ölkələrdən biridə Çindir. Çünki kiçik tonnajlı gəmilər Suveyiş kanalından keçə bilir. Çox yük götürən gəmilər isə Afrikanı dolanmaqla Avropaya çatır. Dəmir yolunun işə düşməsi həm siyasi tərəfi olmaqla bərabər, həm vaxt itkisinin və s. aradan qaldıracaqdır. ABŞ-nı narahat edən məsələlərdən biri də AB-nin Çin, Rusiya və digər Avrasiya ölkələri ilə əlaqələrin yaradılması və genişləndirilməsidir. Məhz AB-nin və Aİ-nın Şərqə doğru genişlənməsinə qərar verməsi NAFTA-Şimali Amerika Azad Ticarət Assosasiyasının yaranmasına gətirib çıxardı.
Donald Trampın NAFTA ölkələri ilə (üç ölkə daxildir - Meksika, Kanada və ABŞ-ı) 45%-lik vergi güzəşti edəcəyini səsləndirməsi nədən xəbər verir? Doğurdanmı ABŞ-ı Çini Kanada və Meksikaya dəyişəcəkdir. Bunu zaman göstərəcək. Şərqə genişlənmədə bir başa maraqlı olan AB ölkələrindən birincisi Almaniya Federativ Respublikasıdır. Məhz Böyük Britaniyanın AB-ni tərk edib, AB-ni Almaniya ilə baş-başa buraxması maraq doğuran məsələlərdən biridir. Deyək ki, Böyük Britaniya AB-nə 18 mrd. dollar verməkdən və ya balıq tutması üçün müəyyən edilmiş məsafəyə və s. görə tərk etdi. Hamımız yaxşı bilirik ki, Böyük Britaniya ABŞ-nın əsas müttəfiqlərindən biridir. Böyük Britaniyanın bəlkə də illər sonra AB-nin şərqlə əməkdaşlığından ziyanlı çıxacağını bildiyindən bu qurumu tərk etməsini düşünmək daha yaxşı olardı.
ABŞ-nın əsas müttəfiqlərindən biri də Kanadadır. Kanada iqtisadiyyatı ABŞ-ı iqtisadiyyatından o qədər asılıdır ki, hətta belə bir fikir var: ABŞ-ı iqtisadiyyatına soyuq dəyəndə, Kanada iqtisadiyyatı xəstəxanaya düşür .Kanada dövlət rəsmisinin Avstraliya dövlət rəsmisinə sualı belə oldu: "Əgər biz Çinlə müharibə etsək, bizim tərəfimizdə olarsınız ,ya Çinin?!"
Görünən odur ki, Böyük Britaniyanın AB-dən çıxmasının səbəblərindən biri də Böyük Britaniyanın AB-nin şərq ölkələri ilə əməkdaşlığının genişlənməsinin istəməməsidir. Çünki Avropa ilə Asiya arasında güclü iqtisadi zonanın yaranması ABŞ-nın maraqlarına ziddir və artıq gözlənilir ki, 2020-ci ilə qədər ABŞ-ı Hərbi Dəniz Piyada Qoşunlarının 60%-i Çin və Şimali Koreya istiqamətində Sakit okean akvatotoriyasına çxarılacaqdır.
ABŞ-nı narhat edən məsələlərdən daha biri Suriyada yaranan boşluğu İran,Türkiyə və Rusiyanın doldurmasıdır. Donald Trampın ABŞ-nın ən böyük səhvlərindən biri kimi İraqı işğal etməsi fikrini səsləndirməsi və arxasınca iqlim amilinin Obama dönəmində çox qabardıldığını etiraf etməsi nədən xəbər verir?! Dünyanın bu vəziyyətə gəlməsində versiyalar var:
1) ABŞ-nın krallıq yaratmaq istəməsi. Parçala və hökm et.
2) Avrasiyaya sahib kim olscaqsa, dünyaya sahib o olacaqdır.
3) 2004-cü ildə MKİ-dən Ağ Evə məxfi bir sənəd göndərildi.
Həmin məxfi sənəddə göstərilirdi ki, iqlim amili bizi məhv edəcəkdir. Məlum oldu ki, Holfstrim cərəyanı getdikcə soyuyur. Bu isə ABŞ-nın şərq sahillərinə yağıntıların düşməyəcəyinə və sahralaşama prosesinin başlayacağına səbəb olacağını göstərmişdilər. Bundan əlavə Holfstrim cərəyanı qış aylarında Şimali Avropanın təbiətinin Alyaskanın və Sibirin təbiətinə bənzəməsinə imkan vermir. Məsələn, qışda eyni enlikdə yerləşən Moskva şəhərində temperatur +4 Selsi dərəcə olanda,onunla eyni enlikdə yerləşən London şəhərində temperatur +10 Selsi dərəcə olur. Məhz ABŞ və Avropa ölkələrinin gələcəkdə ərəb ölkələri arasında yer tutmaq istədikləri qeyd edilmişdi.
Keşiş Tomas Maltusun ,,Əhalini sayı" (Populyasiya) nəzəriyyəsində qeyd olunurdu ki, ,,İnsanların sayı ədədi silsiləylə, qida maddələrinin kəmiyyəti isə ədədi silsiləylə artır. İnsanların sayın azaltmaq üçün müharibələr, xəstəliklər törətmək lazımdır". Hətta Roma papalarında birinə aid qərbdə ,,məşhur" bir ifadə var: "Biz birinci minillikdə Avropa qitəsini, ikinci minillikdə Amerika qitəsini xristianlaşdırdıq. Üçüncü minillikdə isə Ön Asiya və Şərqi Asiyanı xristianlaşdıracağıq"
Məhz Donald Trampın iqlim amilini dilə gətirməsi artıq dünyada gedən proseslərin dəyişəcəyindən xəbər verir. Çünki ABŞ-ın İraqı işğal etməsi və Suriya hadisələrinin bir səbəbi kimi iqlim amili kimi versiyada səslənirdi ki, yuxarıda qeyd etmişik. ABŞ-nın hazırda narahat olduğu əsas məsələ isə ,,İqlim hücumlarıdır" ki, bu məsələdə ehtiyat etdiyi ölkələrdən birincisi Çin, ikincisi isə Rusiyadır...