İŞİD naziri Gülmurad Həlimov öldürüldü Dünya

İŞİD naziri Gülmurad Həlimov öldürüldü

Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, dəqiq aviasiya zərbəsi nəticəsində 40-a yaxın İŞİD terrorçusu məhv edilib. Nazirliyin məlumatına əsasən xəbər veririk ki, Suriyanın Deyr-əz-Zor şəhəri yaxınlığında terrorçuların komanda məntəqəsinə endirilmiş aviasiya zərbəsi nəticəsində təşkilatın "müharibə naziri" Gülmurad Həlimov öldürülüb. Bundan başqa, İŞİD-in daha üç nüfuzlu səhra komandiri zərbənin vurulduğu yerdə keçirilən iclasda iştirak edirmiş. Onlar da məhv olublar.
Öldürülənlər arasında terrorçuların maliyyə məsələlərinə cavabdeh olan, həmçinin İŞİD-in təlim bazalarına yeni döyüşçülərin gətirilməsini tənzimləyən Əş-Şimalinin də olduğu bildirilir. Gülmurad Həlimovun hansı ölkənin vətəndaşı olduğu dəqiqləşdirilmir. Qeyd edək ki, Gülmurad Həlimov əvvəllər Tacikistanda OMON-un başçısı olub.