“ABŞ və Kanada “Pandora yeşiyi”ni açdı” Dünya

“ABŞ və Kanada “Pandora yeşiyi”ni açdı”

Amerika və Kanada silahlarının Ukraynaya çatdırılması Donbasda münaqişəni alovlandıracaq. Bunu "RİA-Novosti" agentliyinə müsahibəsində Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Qriqori Karasin bildirib. "ABŞ və Kanada Kiyevə silah göndərilməsi haqqında qərar qəbul edərək "Pandora yeşiyi"ni açırlar və faktiki olaraq, Ukraynanın tərəfində münaqişəyə daxil olurlar. Bununla da münaqişəni yenidən alovlandırır və onu beynəlmiləlləşdirirlər. Çox az adam belə addımın nəticələri haqqında fikirlərşir", - diplomat vurğulayıb. Karasin həmçinin Ukraynada hazırda Amerika, Kanada və NATO-nun başqa ölkələrinin bir neçə yüz hərbi təlimatçısının olduğunu xatırladıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın administrasiyası ötən həftə Ukraynaya letal (ölümcül) silahların, həmçinin "Javelin" tank əlehinə raketləri verilməsini bəyənib. Söhbət ümumi dəyəri 47 milyon dollar olan 210 tank əleyhinə raket və 35 raket sistemindən gedir. Mənbələrin sözlərinə görə, daha əvvəl Dövlət Departamenti "Barrett M107A1" böyuk kalibrli snayper tüfəngləri, həmçinin onlar üçün döyüş sursatları və ehtiyat hissələrinin ixracına icazə verən ticarət lisenziyasını bəyənib. Onların ümumi dəyəri 41,5 milyon qiymətləndirilir.
Dekabrın 22-də ABŞ Dövlət Departamentinin nümayəndəsi Hezer Nauert bildirib ki, Vaşinqton ərazi bütövlüyü və müstəqilliyin müdafiəsinin təminatı üçün Ukraynaya müdafiə silahlarının çatdırılması haqqında qərar qəbul edib. Dekabrın 13-də isə Kanada hökuməti Ukraynanı letal (öldürücü) silah ixrac edən ölkələrin siyahısına daxil edib. Rəsmi Moskva ABŞ-ın Ukrayna silah verəcəyi halda Donbas münaqişəsinin daha da gərginləşəcəyini dəfələrlə bəyan edib.