Rusiyanın “Afrin oyunu“nun məqsədi Dünya

Rusiyanın “Afrin oyunu“nun məqsədi

Rusiya, Suriyada İŞİD təşkilatının torpaq itkisi və hərbi məğlubiyyəti ilə birlikdə siyasi həll və bu ölkənin yenidən qurulmasını prioritetlərindən biri halına gəlmək istəyir. Lakin Kreml bir müddətdir ki, bu yeni prosesin çətinlikləri ilə üzləşməyə başlayıb.
Kürd problemi, Suriyada xüsusilə xarici hərbi güclərin vəziyyəti, bölgədəki İran-Səudiyyə Ərəbistanı rəqabəti kimi bir çox məsələlər Rusiyanın tək başına həll edəcəyi mövzular deyil. Üstəlik Rusiyanın "yeni Suriyaya" istiqamətlənən planlarını həyata keçirməsi bir sıra riskləri də bərabərində gətirə bilər.
Rusiya 2015-ci ilin sentyabrında birbaşa hərbi müdaxilə ilə Suriyada güc balansını dəyişdi. Daha sonra 2017-ci ilin əvvəlində Türkiyə və İranla birlikdə qurduğu Astana masasından önəmli nailiyyətlər əldə etdi. Suriyadakı əsl uğuru isə adıçəkilən problemlərin hansı formada öhdəsindən gəlinəcəyi və ya idarə edilə bilinəcəyi ilə yaxından əlaqəli olacaq.
Rusiya Suriyadakı Kürd məsələsini həmişə siyasi həll prosesində nəzərdən keçirilib müəyyən parametrlər çərçivəsində həll edilə biləcək bir məsələ kimi baxıb.
"Yeni Suriya"da kürdlərin siyasi, idarəçilik və sosial hüquqlarının istənilən halda daha çox olacağını proqnozlaşdıran Kreml administrasiyası kürdlərə Suriyanın ərazi bütövlüyü çərçivəsində muxtariyyət təklifini 2017-ci ilin yanvarında Astana toplantısında irəli sürdüyü konstitusiya layihəsi ilə konkret olaraq gündəmə gətirdi.
Ötən il müxaliflərin və Ankaranın reaksiyası ilə qarşılaşan Moskva bu təklifini geri çəkməməklə yanaşı, hazırda daha dolğun şəkildə BMT-də gündəmə gətirməyin yollarını axtarır.
Yanvar ayının sonlarında Rusiyanın Soçi şəhərində həyata keçirilən Suriya Milli Dialoq Konqresindən çıxan ən konkret qərarlardan biri də Suriyanın yeni konstitusiyasının hazırlanmasında BMT nəzarətində bir komissiyanın qurulmasının əhəmiyyətinin anlaşılmasıdır.
Ankaranın da dəstəyini alan Səudiyyə mərkəzli müxalif qruplardan Yüksək Müzakirə Komitəsinin Soçidəki zirvə görüşünə qatılmaqdan son anda imtina edib təmsil olunma haqqını Türkiyəyə verməsi bu mənada Moskvanın xeyrinə olan bir mənzərə ortaya qoydu.
Yeni dövrdə PYD/YPG-ni Suriyanın xarici siyasi qərarlarında, müdafiə və təhlükəsizlik strategiyalarında, enerji qaynaqlarının istifadəsi ilə transferində Dəməşqə maksimum dərəcədə bağlı saxlamağa çalışan Moskvanın muxtariyyət təsəvvürünün ABŞ-ın sözügedən sahələrdə PYD/YPG qüvvələrinə manevr zonası açma planları ilə ziddiyyət təşkil etdiyi vurğulamaq lazımdır.
Suriyanın enerji qaynaqlarının nəzarətində ABŞ-ın PYD/YPG-ni söz sahibi etmək istəməsi də yeni eyni formada Moskva ilə Vaşinqton administrasiyaları arasında sərt mübarizəyə yol açır.
Yaxın günlərdə Suriya ordusunun bölgədəki fərqli ünsürlərlə bərabər Deyr əz-zordakı enerji qaynaqlarını PYD/YPG-nin nəzarətindən almaq üçün başlatdığı əməliyyat ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin həyata keçirdiyi əks-hücumla nəticəsiz qaldı.
Görünür, Suriyanın yeni konstitusiya hazırlama prosesində ABŞ ilə Rusiya arasında PYD/YPG üzərindən lokal plandakı enerji qaynaqlarına ilə bağlı bu tipli mübarizə qarşıdakı dövrdə daha da şiddətlənəcək.
Hər nə qədər hələ də sadəcə ehtimal kimi görünsə də, Ankaranın terrorla mübarizə çərçivəsində Afrində PYD/YPG-yə qarşı apardığı əməliyyatın bir müddət sonra regionda ortaya çıxara biləcəyi mənzərənin Türkiyə-ABŞ əlaqələrinə təsiri Moskva baxımından uzaq perspektivdə strateji baxımdan yüksək bir geosiyasi uğur təmin edə bilər.
ABŞ-la həddindən artıq yaxınlaşan PYD/YPG-nin Türkiyənin əli ilə bəlli bir çərçivəyə salınması Moskvanın qısa vədəli hədəflərindən biridir. Lakin Rusiyanın "Zeytun Budağı" başlayandan sonra da olmaqla uzun müddətdir davam edən Əsəd rejimi ilə PYD/YPG arasında Suriyanın yeni dövlət strukturuna dair müzakirələrdə bir növ moderatorluq vəzifəsini öhdəsinə götürdüyü nəzərə alınanda Ankaranın Afrin əməliyyatının yandırdığı "yaşıl işıq"la Moskvanın əslində nəyi hədəflədiyi gözdən qaçmır.
Türkiyənin bir müddətdən sonra ABŞ-la əlaqələrində girə biləcəyi mümkün bir qarşıdurma mühiti həm Vaşinqtonun regiondakı planlarını olduqca çətinliyə sala bilmə, həm Ankara-Vaşinqton xəttində ciddi qırılmalara yol açma, həm də Türkiyənin siyasi və diplomatik bucağın da üzərində hərbi planda da Rusiyaya ehtiyacının artması kimi Moskva üçün açıla biləcək bəzi fürsət pəncərələri mənasına gələ bilər.
Bu mənada Ankara ilə Afrinə məhdud bir əməliyyat üçün razılaşan Moskvanın əlindəki kürd kartını tamamilə itirməyəcək formada regiondakı qüvvələr balansı və tərəflərin hərbi tükənmələri bəlli bir səviyyəyə gəldikdən sonra Zeytun Budağının Afrinin mərkəzinə çatmadan Münbicə çevrilməsi məsələsində Ankaraya əngəl törətməmə ehtimalı heç də zəif ehtimal deyil.
Rusiya bazalarına yaxın bölgədə yerləşən İdlibin nəzarətinin ən qısa zamanda Dəməşqə ötürülməsi Kremlin 2018-ci il agendasının ən üst pillələrindədir.
Bir müddətdir ki, Rusiyanın havadan dəstək təmin etdiyi rejim ordusunun İran dəstəkli silahlı qüvvələrlə bərabər döyüş meydanda İdlibə bağlı münaqişəsiz ərazi planını göz ardı edərək Astana müqaviləsinin əksinə çıxıb əməliyyatlarını artırması bununla bağlıdır.
Bölgədə uzun bir müddətdir güc qazanan "Həyat Təhrir əş-Şam" kimi "Əl-Qaidə" ilə əlaqəli terror təşkilatları ilə birlikdə onlarla müxalif qrupun fəaliyyətləri də son dövrdə Rusiyanı narahat edir.
Bu mənada 2017-ci ilin sonu və bu ilin əvvəlində Rusiya bazalarına həyata keçirilən hücumlar və yaxın günlərdə Rusiya döyüş təyyarəsi Su-25-in vurulması Moskvanın bu bölgə ilə bağlı hədəflərini hərbi bucaqdan yenidən əyərləndirməsinə səbəb olub.
Lakin digər tərəfdən də Türkiyənin İdlibdəki prosesə dair asanlaşdırıcı rol oynaması Rusiyanın arzuladığı haldır.
Bölgədəki müxalif qrupların ya silahı ataraq terror təşkilatlarından ayrılıb siyasi prosesdə masaya oturmaları, ya da Rusiyaya təhlükəsizlik təhdidi meydana gətirməkdən çıxıb müvəqqəti dövr üçün Türkiyənin Suriyadakkı nüfuz dairəsinə doğru coğrafi yer dəyişmələri Moskvanın hazırda məqsədəuyğun gördüyü iki ssenaridir.
Lakin bunlar həyata keçmədiyi təqdirdə Kreml hökuməti İdlibin tamamilə müxaliflərdən təmizlənməsi yolunu tuta bilər. Bu isə İdlibdəki balansın hərbi güc instrumentləri ilə yenidən qarışdırılmasına gətirib çıxara bilər.
Bu çərçivədə ehtimal ki, bir müddət də Moskva Ankaranın bölgədə qurmağı planlaşdırdığı hərbi nəzarət postlarının funksionallığını istifadə edib eyni zamanda "Zeytun Budağı"na yandırdığı yaşıl işığın ışartıları ilə də rejim ordusunun İdlibdə yolunu aydınlandırmağa çalışacaq.
Bu mənada Moskvanın "Zeytun Budağı"na dair öz qırmızı xəttləri isə əməliyyatın gedişatında əvvəlcə İdlib-Afrin alış-verişindəki dəyişikliklərdə daha sonra Dəməşq-PYD dialoqunda, ən son olaraq da Ankara-Vaşinqton xəttindəki mümkün böhranda daha yaxından və konkret olaraq aydın olacaq.
Bütün bu prosesdə Rusiyanın qarşılaşa biləcəyi risklərə baxarkən iki məsələ önə çıxır:
Birincisi Ankaranın terrorla mübarizə miqyasında PYD/YPG-yə qarşı yeritdiyi Afrin əməliyyatının bir müddət sonra nəzarətdən çıxıb bölgədə Türk-kürd münaqişəsi olaraq adlandırılması mümkün bir böhrana yol aça bilər.
Bu ssenarinin Moskvanın sadəcə Suriyada deyil, Yaxın Şərqdəki bütün hesabların alt-üst etmə ehtimalı olduqca yüksəkdir.
Dolayısıyla hər halda Kreml PYD/YPG mövzusunda ABŞ-la da hansısa bir yolla təmasda qalmanın və uzlaşmanın da yollarını axtarmağa davam edəcək.
İkincisi isə Rusiyanın hərbi vasitələrlə öz lehinə dəyişdirmə imkanına sahib olduğu Suriyadakı balansı yumuşaq gücü ilə nə dərəcədə siyasi prosesə səfərbər edərək uğurlarını daimi hala gətirə biləcəyi məsələsidir. Bu baxımdan, Soçi konqresində bunun ilkin sınağını verən Moskvanın işinin asan olmayacağını söyləmək heç də şişirdilmiş ifadə olmazdı.

Ağalar Ağalarlı