Qahirə və Əmman fələstinlilərə dəstək verməyəcəklər Dünya

Qahirə və Əmman fələstinlilərə dəstək verməyəcəklər

İsrail və Fələstin arasındakı toqquşmalar nə qədər ağır olsa da, ərəb dövlətləri bu konfliktə müdaxilə etməyəcəklər. Bunu Misir politoloqu Məhəmməd Saleh deyib. "Misir və İordaniya 1979 və 1994-cü illərdə İsraillə sülh razılaşması imzalayıblar. Ona görə də Qahirə və Əmman fələstinlilərə heç bir dəstək verməyəcəklər. Fələstinlilərin etirazı Qüdsdə ABŞ səfirliyinin açılmasıyla başladı. Ona görə də bu toqquşmalar tezliklə bitməyəcək. Böyük ehtimalla xalq qiyamı və ya üçüncü intifada başlayacaq. Fələstinlilər üçün Qüds ölüm-qalım məsələsidir. İndiyə qədər fələstinlilərin hamısı Qüdsü müstəqil dövlətin paytaxtı elan etmək ideyası ilə böyüyüblər. Bu konflikt digər ölkələrə yayılmayacaq, amma İsrailin daxilində situasiya qeyri-stabil olacaq və bu bir müddət davam edəcək", – deyə o bildirib.
Qeyd edək ki, dünəndən etibarən fələstinlilər Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı etirazlara başlayıblar. Etirazlar nəticəsində 59 fələstinli ölüb, 2700-dən çox insan yaralanıb.