“Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır” Dünya

“Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır”

Rusiya prezidenti Vladimir PutininAzərbaycana səfəri iki ölkə arasında işgüzar əlaqələrin daha da inkişaf etdirilməsinə təsir göstərəcək.
Bunu Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib.
Azərbaycan-Rusiya münasibətləri bütün səviyyələrdə əməkdaşlığı inkişaf etdirmək üçün güclü potensiala malikdir. Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkənin həyatında xüsusi yer tutaraq, özünün vacibliyini və səmərəliliyini sübut edəcək, dövlətlərimiz arasında etimada əsaslanan işgüzar əlaqələrin nə dərəcədə davamlı olmasını nümayiş etdirəcəkdir. Bu Forum ilk növbədə bütövlükdə regionun gələcəyi kontekstində qiymətləndirilməli olan münasibətlərin bariz göstəricisidir.
Rusiya prezidentinin ölkəmizə səfəri bu forum çərçivəsində bir tərəfdən Azərbaycan və Rusiya regionları arasında yeni, qarşılıqlı faydalı əlaqələr yaranmasına, digər tərəfdən isə dövlətlərimizin strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə şərait yaradacaq. Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir. Azərbaycan-Rusiya tərəfdaşlığı ilbəil genişlənir, iki ölkənin regionlararası əməkdaşlığı və əhatə dairəsi sürətlə inkişaf edir. Bu səfər Azərbaycan-Rusiya münasibətlərinin strateji və dostluq xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu bir daha təsdiqləmişdir.
Hazırda Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. İki ölkə qarşılıqlı şəkildə bir-birinə investisiya yatırır. Bütün bunlar ölkələrimiz arasında əməkdaşlığın miqyasına və əhəmiyyətinə təsir edir. Azərbaycan ilə Rusiya arasında qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsinin təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün çox böyük potensialı var. Tamamilə aydındır ki, bu forum çərçivəsində ünsiyyətin forması bir tərəfdən Azərbaycan və Rusiya regionları arasında yeni, qarşılıqlı faydalı əlaqələr yaranmasına, digər tərəfdən isə dövlətlərimizin strateji tərəfdaşlığının möhkəmlənməsinə şərait yaradacaq.
Politoloq Məhəmməd Əsədullazadənin fikirncə isə, Rusiya prezidenti Vladimir Putinin ölkəmizə işgüzar səfəri əsasən ikitərəfli iqtisadi və hərbi-texniki əlaqələrin inkişaf etdurilməsi baxımından qiymətləndirilə bilr: "9-cu Rusiya -Azərbaycan iqtisadi forumda prezidentlərin iştirakından sonra Putin bir neçə saatdan sonra ölkəsinə geri döndü. Rusiya dövlət başçısı Qarabağ münaqişəsi barədə danışmasa da, bağlı qapılar arxasında əsas danışıqlar predmeti olmasını istisna edilməməlidir. Çünki, Rusiya KTMT və Avrasiya İttifaqına üzvülüklə bağlı rəsmi Bakı ilə təkidli danışıqlar aparır. Bu danışıqların müsbət həlli isə, Qarabağ münaqişəsində Rusiyanın mövqeyindən aslıdır".
Politoloqun qənaətincə, Rusiya prezidenti Putin Ermənistanı əldən çıxarmaq istəmir, ona görə də Azərbaycana güzəştə tələsmir. Yəni, bu qədərmi Ermənistan Rusiya üçün əhəmiyyətlidi?! İlin sonuna qədər diplomatik danışıqlarda, yaxud cəbhədə müsbətə doğru dəyişiliklər olmasa, deməli Rusiya Azərbaycana heç bir güzəşt tanımadan öz orbitində görmək istəyir. Moskva ilə sıx siyasi təmaslarda Bakı səmimidir. Görünür, Putin daha da irəli gedib, müstəqilliyimizə qarşı işğal olunmuş əraziləri şərt olaraq irəli sürür. Bir neçə ay gözləyək, onsuzda 25 ildir ki, gözləyirik. Moskva ilə sıxlaşan diplomatik əlaqələrin gedişatını izləyək: "Enerji məsələlərində iki dövlət birgə razılığa gəldi. Qazpromla SOCAR arasında neft-qaz yatağınln birgə işlədilməsi barədə müqavilə imzalandı. Burada Rusiya bir pay aldı".