Davtyanın Qarabağ səfərinin sirri: Orduda nə baş verir? Dünya

Davtyanın Qarabağ səfərinin sirri: Orduda nə baş verir?

“Bu yay Ermənistan silahlı qüvvələri üçün olduqca faciəli keçdi. Bunu xüsusən şəxsi heyətin sayı məsələsində görmək olar”.
Bu sözləri açıqlamasında ehtiyatda olan polkovnik İlqar Əliyev deyib. Onun sözlərinə görə, rezonans doğuran qeyri-döyüş itkiləri, təchizat problemləri, rəhbər heyətin bacarıqsızlığı çağırış yaşına çatmış erməniləri miqrasiya üçün bütün mümkün imkanları axtarmağa vadar edir.
“Onlar (ermənilər) hətta hava limanlarında qaçanların qarşısını almaq üçün hərbi polis nəzarətini də gücləndiriblər. Bu ondan xəbər verir ki, onsuz da həmişə şəxsi heyət çatışmazlığı müşahidə olunan mövqelərdə indi ümumiyyətlə işlər düyünə düşüb. Bu, onlar üçün ən təhlükəli vaxtdır: gənclər yetişməyib, kadr və müqavilə əsasında xidmət edənlər azdır”, - ekspert bildirib.
Polkovnikin fikrincə, Mnatsakanyanın səfərindən bir gün qabaq Ermənistan ordusunun Baş Qərargah rəisi Artak Davtyanın Qarabağa səfər etməsi də məhz bununla bağlıdır:
“Baş Qərargah belə bir çətin dövrdə vəziyyətə dair dəqiq məlumatlara ehtiyac duyur. Buna görə də o, işğal edilmiş torpaqlara hesabat istəməyə gəlib. Bu qədər tez getməsindən müvafiq nəticələr çıxarmaq olar”.
Əliyevin sözlərinə görə, həmçinin Mnatsakanyanın da səfəri sözügedən məsələ ilə bağlıdır. Çünki ordunun ağır vəziyyətini nəzərə alaraq işğal edilmiş ərazilərin administrasiyasına sonradan təcili çıxış yolu axtarmamaq üçün atəşkəs rejiminin saxlanmasının vacibliyi başa salınmalıdır:
“Buna görə də Ermənistanın yüksəkçinli məmurları bundan sonra da təkid edəcəklər ki, onsuz da azsaylı olan şəxsi heyət səngərlərində gizlənsin və burnunu belə çıxarmasın. Bu həyətlə çox döyüşmək olmaz”.
Polkovnik onu da bildirib ki, Ermənistan gəncləri tez-tez “sink oğlanların” qayıtdığını görməli olurlar:
“Vacib deyil harada və necə - ön xətdə ya qeyri-döyüş itkisi olsun. Ona görə qaçmağa başlayıblar. Biz isə bu şansı əldən vermirik və vaxtaşırı xatırladırıq ki, dabanlarına tüpürüb qaçsınlar”.