Demoqrafiya amilinin Rusiyanın xarici siyasətinə təsiri Dünya

Demoqrafiya amilinin Rusiyanın xarici siyasətinə təsiri

“Demoqrafiya faktoru bu gün xüsusi əhəmiyyət daşıyır. Bir-çox Qərb-Xristian dövlətlərində təbii artım sürətlə azalır, əvəzində isə müsəlman-şərq dövlətlərində təbii artım çoxalırr. Bu, gələcəkdə həm təbii artımın azaldığı dövlətlərdə işçi qüvvəsi qıtlığına gətirib çıxara və həmin dövlətləri miqrantlardan aslı duruma sala bilər”.
Bunu qüəzetimizə açıqlamasında politoloq Kamran Sultanlı bildirib.

Onun sözlərinə görə, hazırda bu cür situasiya Rusiyada baş verməkdədir. Rusiyada ana etnos hesab edilən rusların təbii artımı sürətlə azalır. Rusiya əhalisi 2018-ci ildə 146 milyon təşkil edib. Bu rəqəm 10 illər əvvəl 150 milyondan çox idi. Rusiya əhalisi 2018-ci ildə 150 min nəfər azalıb. Onlar araslnda ruslar çoxluq təşkil edir, əvəzində isə türk-müsəlman mənşəli xalqların təbii artımında kəskin artım var. Bu amil Kremlinin siyasətində mühüm amil olan rus etnosentrizminə ciddi təhdiddir.
Rusiyada orta yaş həddi 72,9 yaş təşkil edir. Rusiyada 2100-ci ilə qədər əhaliin 90 milyon intervalından aşağı enəcəyi gözlənilir. 2035-ci ilə qədər isə Rusiya əhalisi 140 milyona qədər azalacaq.
Bütün bunlara Rusiyanın xarici siyasətində hansı addımlara səbəb ola bilər?
Rusiya Donetsk, Luqansk, Abxaziya, Osetiya kimi işğal etdiyi ərazilərdən sonra Postsovet məkanında rus dillilərin yaşadığı digər ölkələrdə rus dilli etnosa pasport paylaya bilər: “Putinin Donetsk və Luqanskda insanlara rus pasportunun verilməsi ilə bağlı fərmanı məhz bu demoqrafik böhranın qarşısını almaq üçün atılan addımlardı. Çünki Kreml üçün rus etnosentrizmini qorumaq xüsusi əhəmiyyət daşıyır. Bununla Putin həmdə Ukraynanın şərqində əgər münaqişə həll edilsə belə yumşaq güc əldə etməyə çalışır. Putin həmçinin gələcəkdə Qazaxıstan, Azərbaycan və digər postsovet məkanında yaşayan ruslara vətəndaşlıq verməklə, rusların sayının azalması qarşılığında addımlar ata bilər. Moskva bununla həmdə həmin dövlətlərdə yumşaq güc vasitəsilə demokl qılıncı kimi təsirini davam etdirə bilər. Hələlik Putin Abxaziya,Osetiya,Donetsk,Luqanskda vətəndaşlıq verilməsi proseduruna başlayıb. Dnestryanın da yaxında vətəndaşlıq veriləsi gözlənilir. Putin Rusiyası həmçinin yeni miqrant axınını qəbul etməklə bağlı lahiyə üzərində çalışır. Bu lahiyəyə əsasən on minlərlə miqranta Rusiya vətəndaşlığı veriləcək”.
Politoloq qüyd edib ki, Rusiya prezidentinin Ukrayna və belaruslulara eyni etnos kimi baxması və Belarusun Rusiyaya birləşdirilməsi fonunda titul kimliyi qorumaq ambisiyası kimi baxmaq olar. Bu həmdə Putinə hakimiyyətini sürdürməyə və legitim dəstək almağa kömək edə bilər. Putinin postsovet xalqlarına vətəndaşlıq verməsinin kökündə bu amil dayanır: “Təbii ki iqtisadi cəhətdən zəif durumda olan insanlar Rusiya pasportuna meyl edirlər. Bu özünü Donetsk və Luqanskda da göstərir. Moskva tərəfindən gələcəkdə atılacaq bu cür addımlar region dövlətləri üçün yeni təhdidlər formalaşdıra bilər. Rusiya xüsusilə sərhəd məntəqələrində yaşayan insanlara vətəndaşlıq verməklə ciddi problemlərə yol aça bilər”.