Bakı-Ağstafa-Bakı istiqaməti üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL Cəmiyyət

Bakı-Ağstafa-Bakı istiqaməti üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 1 noyabrda Bakı-Ağstafa, 2 noyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

ADY-dən verilən məlumata görə, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərş.

Qeyd olunur ki, biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.