Azərbaycan karateçiləri Polşada 8 medal qazanıb İdman

Azərbaycan karateçiləri Polşada 8 medal qazanıb

Azərbaycan karateçiləri Polşanın Bedzin şəhərində keçirilən 32-ci "SKDUN Shotokan Karate" üzrə dünya çempionatı və 17-ci Dünya Kubokunda 8 medal qazanıblar.

"Report" Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, müxtəlif yaş və çəki dərəcələrində mübarizə aparan təmsilçilərimiz 2 qızıl, 2 gümüş və 4 bürünc mükafat əldə ediblər.

Dünya çempionatında Cəlal Şükürov (10–11 yaş, 40 kq) və Mehdi Abdullayev (10–11 yaş, +40 kq) 1-ci, Alişan Əzizov (18–20 yaş, 70 kq), Ələddin Əzizov (55–59 yaş, Veteran Open) 2-ci, Zəki Cəfərzadə (18–20 yaş, +80 kq), Heydər Feyziyev (12–13 yaş, 58 kq) üçüncü yeri tutub. Dünya Kubokunda isə Zaman Musayev (7–9 yaş, 30 kq) və Murad Bayramov (7–9 yaş, 30 kq) bürünc medal qazanıblar.