Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Milli Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub
22 Noyabr 2019 15:17
2 534
Senatda saxta erməni soyqırımı layihəsi ikinci dəfə bloklandı. Demokrat senator Bob Menendezin ABŞ Konqresinə təqdim etdiyi və 1915-ci il erməni olaylarını “soyqrım” kimi tanınmasını nəzərdə tutan qanun layihəsi ikinci dəfə blok edilib. Ötən həftə bu qanun layihəsini respublikaçı senator Lindsey Qraham blok etmişdi. Bu dəfə isə Georgiya ştatından olan respublikaçı senator Devid Perdue saxta soyqrım layihəsinə veto qoyub. Senator Perdue həssas bir mərhələnin yaşandığını, layihənin qəbulunun Türkiyə ilə münasibətlərə ağır zərbə vuracağını ifadə edib.
Xatırladaq ki, Senatda qanun layihəsi səsverməsi zamanı istənilən senator bunun əksinə çıxaraq prosesə veto qoya bilir. Bundan əvvəl Konqresin Nümayəndələr Palatasında saxta erməni soyqrımı layihəsi müzakirəyə çıxarılaraq 405 səslə qəbul edilib. Nümayəndələr Palatasında bu qanun layihəsinə qarşı 11 nəfər çıxış edib.