Putin geri çəkildi Dünya

Putin geri çəkildi

Sanksiyalar qarşısında duruş gətirməyəcək Rusiya yol axtarır

Cavid

Rusiya rəhbərliyi bəzi məhsulları Qərbə qarşı tətbiq etdiyi sanksiyalar siyahısından çıxarmağa məcbur olub. Bununla bağlı baş nazir Dmitri Medvedyev qərar imzalayıb.
Sanksiyalar siyahısından çıxarılan məhsullar arasına laktozsuz süd, losos və farel balığı, kartof toxumu, hibridli şəkər qarğıdalısı və soğanı aiddir.
Habelə idxalı sanksiyalaşdırılmış məhsulların siyahısına qızılbalıq, farel istisna olmaqla bütün diri balıq növləri əlavə olunub.
Xatırladaq ki, avqustun 7-də Rusiya Ukraynadakı hadisələrlə əlaqədar ABŞ və Avropa Birliyinin sanksiyalarına cavab olaraq, Qərbdən mal əti, donuz əti, quş əti, gündəlik məhsullar, meyvə-tərəvəz, süd məhsullarının ölkə ərazisinə daxil edilməsinə qadağa qoyub.
Bir neçə gün əvvəl, Rusiyanın bir sıra xeyriyyə təşkilatları ölkənin Hazirlər Kabinetinə müraciət edərək, ağır xəstələr qidalanmasına vacib olan məhsulların ölkəyə idxalına icazə verilməsini xahiş etmişdi.
Bu arada Rusiya hakimiyyəti Moskvada dörd "McDonald`s" restoranının bağlanmasına göstəriş verib.
Ərzaq təhlükəsizliyinə nəzarət edən qurum bildirib ki, müfəttişlər həmin restoranlarda sanitariya normalarının saysız-hesabsız pozuntularını aşkarlayıb. Həmin siyahıya Rusiyadakı ilk "McDonald`s" restoranı da daxildir.
"Rospotrebnadzor"dakı mənbə bu addımın Qərbin Moskvaya iqtisadi sanksiyalarına cavab olub-olmaması barədə sualı cavablandırmayıb. Birləşmiş Ştatlar və digər ölkələr Rusiyaya Ukrayna böhranına görə sanksiyalar qoyub.
"McDonald`s"ın İllinoys ştatındakı baş ofisi bildirir ki, qərarı öyrənir və "restoranların mümkün qədər tez yenidən açılması üçün nə etməyin mümkünlüyünü" araşdırır.
Rusiyada ilk "McDonald`s" restoranı 1990-cı ildə Moskvanın Puşkin meydanında açılıb. Şirkət bildirir ki, bu, dünyada ən çox müştərisi olandır.
Qərbin Moskvaya sanksiyalar tətbiq etməsinə baəmayaraq İran Rusiyanın ehtiyacını ödəməyə razır olduğunu bildirib. Belə ki, İran sahibkarları Rusiyaya yumurtaların ixrac edilməsinə hazır olduqlarını bildiriblər.
Bu haqda Fars agentliyi xəbər verib.
İran toyuq yumurtalarının eksportçularının ittifaqının direktoru Hidayat Asqari agentliyə bildirib ki, İran növbəti iki həftə ərzində Rusiyaya yumurtaların çatdırılmasına başlayacaq.
Rusiyaya toyuq yumurtasının ixracının həcmi onun sözlərinə görə, hər ay 5 min ton yumurta təşkil edəcək.
Asqari vurğuladı ki, onun ölkəsi aya 20 min ton ölçüsündə bu malın ixracat imkanlarına malikdir. Artıq indi İran quş fabriklərindən yumurtalar İraqa, Ermənistana, Tacikistana və Gürcüstana ixrac olunur.
Rusiyanın beynəlxalq güclərin sanksiyaları ilə üzləşməsi ölkədə işçizliyin də armasına səbəb olub. Xüsusilə də miqrantlar arasında. Bu isə miqrantların etirazlarına səbəb olub. Onlar əmək haqlarının artırılması və qul kimi işlədilmələrinə etiraz edirlər.
Artıq Moskvadakı tacik diasporası oktyabrda 100 minlik mitinq keçirməyə hazırlaşır.
Aksiya iştirakçıları paytaxt bazarlarının sahiblərindən, tikinti və digər biznes sahələrindəki işəgötürənlərdən qul əməyinə son qoymağı, məvacibləri artırmağı tələb edəcəklər.
Rusiyada fəaliyyət göstərən "Tacikistanın əmək miqrantları" cəmiyyəti artıq meriyaya mitinqlə bağlı müraciət edib. Aksiyada taciklərlə yanaşı yerli rusların da iştirakı gözlənilir.
Qeyd edək ki, bu cəmiyyət ötən il də milli ayrıseçkiliklə bağlı mitinq keçirmək istəmişdi.
Amma paytaxt rəhbərliyinin xahişlərindən sonra onlar aksiya keçirməkdən vaz keçmişdilər.
Rusiyadakı tacik cəmiyyəti rəhbərlərinin bildirdiklərinə görə, Qərbin sanksiyaları onların da fəaliyyətlərinə zərbə vurub.
"Rusenergy" konsaltinq şirkətinin tərəfdaşı Mixail Krutixin "Fokus" saytına müsahibəsində Qərbin nəyə görə Rusiyaya yeni sanksiyalar tətbiq etməyə tələsmədiyini və nə zaman Avropanın Rusiyanın qaz asıllığından azad olacağını izah edib.
O bildirib ki, neftin qiyməti azalsa belə, bu azalma rəvan və əhəmiyyətsiz olacaq. Neftin qiyməti yaxın dövrdə $95?120 civarında olacaq ki, bu da Rusiya və Səudiyyə Ərəbistanı üçün məqbuldur. Bundan başqa Səudiyyə Ərəbistanı qiymətin bundan aşağı düşməsinə imkan verməyəcək: "Ancaq bununla belə müəyyən təhlükə var. Misal üçün, Qərb öz şirkətlərinin Rusiya sərmayə layihələrində iştirakına qadağa qoyub. İkinci zərbə - şelfdə çalışan şirkətlərə müasir texnologiyaların tədarükünün qadağası ilə endirilib. Üçüncüsü və ən başlıcası, Rusiya şirkətləri və bankları artıq 3 aydan çox müddət üçün kredit ala bilməzlər. Bu masştablı və üzünmüddətli layihələri kretidlərdən məhrum edir, yəni faktiki olaraq bir növ onların dondurulmasına şərait yaradır. Banklar bunun təsirini 2015-ci ildən başlayaraq hiss edəcəklər. Ancaq Rusiyanın kontinental şelfdə başlatdığı layihələrə bunun təsiri artıq indidən göstərilir. Qərbə bu sanksiyaların Rusiya rəhbərliyinə necə təsir etdiyini görmək lazımdır. Düşünürəm ki, sanksiyaların müddətini uzadacaqlar. Çünki Rusiya rəhbərliyinin mövqeyinin dəyişdiyinə dair heç bir işarə yoxdur".
Krutixin bildirib ki, sanksiyalar uzadılsa, bunun Rusiya iqtisadiyyatına təsiri olacaq: "Vergilər, o cümlədən ölkədaxilində elektrik, qaz və yanacaq tarifləri artacaq ki, bu da Rusiya mallarını rəqabətə davamsız edəcək.
Hökumətin kapitalyönümlü bir sıra layihələri dayanacaq və ölkədən kapital axını sürətlənəcək. 2015-də bunu adi istehlakçı hiss edəcək. Bu Rusiya cəmiyyətində hər hansı bir sosial çevrilişə səbəb olmasa da, əhali arasında narazılıq güclənəcək. Bəs bu riskləri azaltmaq üçün Rusiya nə etməlidir? Oğurlamamaq lazımdır. Özü də təkcə büdcə vəsaitlərindən söhbət getmir. Rusiyada hazırda bir sıra layihələr həyata keçrilir ki, onlar ancaq podratçılara sərfəlidir. Məsələn, boru kəmərləri inşa edən şirkətlərin bizim iqtisadiyyata heç bir xeyri yoxdur. Lakin onlar "Qazprom" və "Rosneft" üçün yaralıdır. Bu niyə baş verir - sual ritorikdir".
O, Qərbin İnana tətdiq udilən sanksiyaları Rusiyaya tətbiq edilən sanksiyaları müqayisə edib: "İrandan alınacaq dərs çox sadədir - sanksiyalar işləyir. İran güzəştə gedərək nüvə proqramını dayandırdı. Əgər İrana olan təzyiq prizmasından baxsaq, hesab edirəm ki, sanksiyalar Rusiaya qarşı da işləyə bilər. Avropanın Rusiyanın qaz asıllığından xilas ola biləcəyi bu gün real deyil. Amma 7-8 ildən sonra bu ssenari mümkündür. Əgər Avropa mayeləşmiş qazın qəbulu üçün terminalların sayını artırsa, onda o Rusiya qazının qiymətindən aşağı olan qaz ala bilər. Rusiya qazının hasilatı və nəqli çox baha başa gəlir. Qərbi Sibirdə min kub metr qazın hasilatı $43?47 başa gəlir. Ancaq onun təqribən 5 min km nəqli məsələsi və çoxlu sayda tranzit ölkələrdən keçirilərək Qərbi Avropa ölkələrinə - əsas qaz istehlakçılarına çatdırılması - Rusiyaya çox baha başa gəlir. Ona görə də Rusiya qazı kommersiya baxımından heç də rəqabətə davamlı deyil gələcəkdə".
"Bəs əgər Rusiya Avropa qazından imtina etsə, alternativ mənbə nə ola bilər" sualına cavab verən M.Krutixin bildirib ki, mayeləşmiş təbii qaz, qənaət rejimi, ekoloji kömür: "İndi bu mövzu Almaniyada çox aktualdır. Hamı ümid edirdi ki, Almaniya Rusiya qazının alınmasını artıracaq, ancaq onlar dedilər ki, "elə şey yoxdur, biz kömür yandıracağıq".
Başqa bir alternativ isə şist qazdır. Hələlik Avropada ancaq bir ölkə - Böyük Britaniya şist qazın kommersiya hasilatı ilə məşğul olmaq şansına malikdir. Bütün başqa ölkələrdə isə hasilat hələki iqtisadi cəhətdən faydasızdır".
Almaniya kansleri Merkel isə bildirib ki, Rusiyaya qarşı sanksiyaları niyyətimizin ciddi olduğunu nümayiş etdirmək üçün tətbiq etmək lazım idi. Heç nəyi etmədən, yalnız vəziyyəti ağırlaşdırmaq olardı.
Qeyd edək ki, ABŞ və Avropa Birliyi ölkələri Rusiyanı Krımın ihlaqında, Moskvanın Ukraynanın daxili işlərinə müdaxilədə ittiham edir. Qərb ölkələri mart ayından Rusiyaya qarşı bir necə dəfə sanksiyalar tətbiq edib.
Yeri gəlmişkən, Rusiyanın ixrac etdiyi Ural neftinin 1 barelinin qiyməti bir həftə içində 101 dollardan 96 dollara qədər enib. Bu göstərici Rusiya tərəfinin narahatlığına səbəb olub.
Ural nefti 109,7 dollardan ixrac olunduğu halda, iki ay ərzində olan itki 14 dollara qədər yüksəlib. Brent markalı neft isə 101,5 dollardan ixrac olunur.
Ötən həftə 102,9 dollar qiymətləndirilən Brent markalı neftin dəyəri 30 iyulda 106 dollara qədər yüksəlmişdi. Qeyd edək ki, Rusiya büdcəsinin 50%-ə yaxın hissəsi neft və təbii qaz gəlirlərindən formalaşır.
Rusiya dövlət başçısı Vladimir Putin 2013-cü ildə neftdən 191-194 milyard dollar, təbii qazdan isə 28 milyard dollar gəlir əldə etdiklərini açıqlamışdı. Daha sonra Ukrayna böhranı ilə əlaqədar olaraq sanksiyalar və Uzaq Şərq bazarlarındakı tələbatın azalması neftin qiymətinin düşməsinə səbəb oldu.
2014-cü il üçün neftin qiymətinin gözləntisi 110 dollar ətrafında idi. Ancaq rəqəmlərin qısa bir müddətdə 100 dollardan daha aşağıya düşməsi böyük narahatlığa səbəb olub.
Xatırladaq ki, "Röyter"in məlumatına görə, neftin bir barelində 1 dollarlıq eniş Rusiya büdcəsinin 1,4 milyard dollarlıq itkisindən xəbər verir.