20 Yanvar 11:51
20 Yanvar 11:24
30 Mart 2020 12:49
1 267
ABŞ Kanadadan Los-Ancelesə köçən Böyük Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizlik xərclərini ödəməyəcək. Bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.
“Mən Kraliçanın (Böyük Britaniya kraliçası II Elizabet – Red) və Böyük Britaniyanın böyük dostu və pərəstişkarıyam. Krallığını tərk edən Harri və Meqanın Kanadada daimi yaşadıqları bildirilirdi. İndi Kanadanı tərk edib ABŞ-a gəliblər, amma ABŞ onların təhlükəsizliyini təmin etmək üçün ödəniş etməyəcək” – deyə Tramp yazıb.
Bundan əvvəl Böyük Britaniyanın “The Sun” qəzeti Harri və həyat yoldaşı Meqan Marklın Kanadadan Los-Ancelesə getdiklərini və orada daimi məskunlaşmağı planlaşdırdıqlarını bildirmişdi.
20 Yanvar 19:05
1 239
20 Yanvar 18:18
1 316
20 Yanvar 18:00
1 197