Rubio "G7" görüşünün əsas mövzularını açıqlayıb
9 Noyabr 12:40
9 Noyabr 12:40
9 Noyabr 12:24
Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Milli Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub
15 Aprel 2020 12:44
2 527
Koronavirusu bəhanə edərək Hindistanda müsəlmanlara hücum edirlər. İndoneziyadan gələn “Təbliğ camaatı” üzvlərindən bəzilərinin testinin pozitiv çıxması səbəbindən onlara işgəncə verilib və həbsxanaya atılıblar. Bu barədə Yeni Dehlidə yaşayan ərəb əsilli müsəlman gənc bildirib.
Türk mediasına açıqlama verən gəncin sözlərinə görə, ötən həftə heç bir səbəb olmadan müsəlmanlara aid məscidi yandırıblar: "Əgər qonşunuz olan hindli gedib yalandan sizin koronavirus daşıyıcısı olduğunu deyərsə, həmin andan siz bitmiş hesab olunursunuz. Dərhal həbsə atırlar".
Başqa bir müsəlman gənc türk mətbuatına deyib ki, sosial mediada “Koronacihad” adı altında “Hindistanı müsəlmanlardan təmizləyin” kimi nifrət yaradan kampaniya aparılır. M.D. adlı şəxs isə bildirib ki, hind millətçiləri ölkədən müsəlmanlardan təmizləmək üçün hər şeyi edirlər: “Bu nifrətin miqyası hər gün artır. Keçmişdə də vardı, indi nifrət daha da güclənib”.
9 Noyabr 12:34
1 057
9 Noyabr 12:29
1 043
9 Noyabr 12:16
980