Ukraynada koronavirusa yoluxanların sayı 6000-i ötüb Dünya

Ukraynada koronavirusa yoluxanların sayı 6000-i ötüb

Ukraynada son sutka ərzində yeni növ koronavirusa 415 yoluxma faktı qeydə alınıb.
Bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukraynada koronavirusa yoluxanların sayı 6125 nəfərə yüksəlib.
Xəstəlikdən ümumilikdə 367 nəfər sağalıb, 161 nəfər vəfat edib.