İtaliyada koronavirusa yoluxma sayında rekord həddə azalma qeydə alınıb Dünya

İtaliyada koronavirusa yoluxma sayında rekord həddə azalma qeydə alınıb

“İtaliyada koronavirusa yoluxma sayında rekord dərəcədə azalma qeydə alınıb – son sutkada 744 hadisə aşkarlanıb, reanimasiyada olanların sayı isə min nəfərdən aşağı düşüb”.
Bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.
Bildirilib ki, yeni virus qurbanlarının sayının artması ərəfəsində ölənlərin sayının 165 nəfər olmasının rekord göstəricidir.
Həmçinin vurğulanıb ki, epidemiyanın başlamasından bəri ilk dəfə olaraq, reanimasiyada olan xəstələrinin sayı mindən 999-a düşüb. Aprel ayının əvvəlindən bu rəqəm 6 mindən 4 minə enməyə başlamışdı.
Qeyd edək ki, ölkə üzrə yoluxma sayı ümumilikdə 219 814, ölənlərin sayı isə 30 739 nəfərə çatıb.