Bəzi yerlərdə qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Bitkiçilik sahəsində dövlət dəstəyinin auditinin nəticələri açıqlanıb
Azərbaycanın yaşıl enerji siyasətində yeni mərhələ: “Xızı–Abşeron” KES nəyi dəyişəcək? - TƏHLİL
İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi - 2025
Ötən il 1 ton 824 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
26 May 2020 23:33
2 632
“Şimal axını-2” layihəsinə qarşı yeni sanksiyalar Vaşinqtonda seçkiqabağı mübarizəyə baxmayaraq, ABŞ Konqresi tərəfindən tez bir zamanda qəbul olunacaq.
“TASS xəbər verir ki, bunu Birləşmiş Ştatların Almaniyada öz diplomatik fəaliyyətini başa vurmağa hazırlaşan səfiri Riçard Qrenell deyib.
“Yeni sanksiyalar Respublikaçılar və Demokratlar partiyalarının hər ikisinin dəstəyindən yararlanır. Seçkiqabağı mübarizəyə baxmayaraq, qanunverici mərhələ tez başa çatacaq”, - deyə Qrenell Almaniyanın “Handelsblatt” qəzetinə müsahibəsində qeyd edib.
Yeni sanksiyaların məqsədi boru kəmərinin istismara verilməsinin qarşısını almaq olacaq. Səfir bunun praktikada necə tətbiq olunacağını açıqlamayıb, lakin ehtimallardan biri boru kəmərinə texniki xidmət göstərən şirkətlər üçün cərimə ola bilər.