29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
7 İyul 14:25
4 417
Azərbaycan türkü, Ucan (Bustanabad) şəhərindən olan və Kərəcdə yaşayan Rza Həsənzadə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda Əlborz əyalətinin Mərkəzi Həbsxanasında (Qızılhisar) cəzasını çəkir.
Gunaz.tv
Məsələ ilə bağlı məlumatlı mənbə insan haqları təşkilatlarına bildirib ki, Kərəc İnqilab Məhkəməsinin hakimi tərəfindən çıxarılan və Mərkəzi Həbsxanada Rza Həsənzadəyə təqdim edilən hökmə əsasən, o, "sistem əleyhinə təbliğat fəaliyyəti" ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Mənbənin sözlərinə görə, Rza Həsənzadə istintaq, dindirilmə və məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs kimi malik olduğu hüquqlardan məhrum edilib. Belə ki, saxlanıldığı vaxt İran Cinayət Prosessual Məcəlləsinin 48-ci maddəsinin qeydinin tətbiqi nəticəsində o, öz seçdiyi vəkilin xidmətindən istifadə etmək hüququndan məhrum olub.
28 yaşlı azərbaycanlı fəal hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 2025-ci ilin iyul ayında Kərəc şəhərində saxlanılıb. Mobil telefonu müsadirə edildikdən sonra Əlborz əyalətindəki təhlükəsizlik qurumlarından birinin saxlanma məntəqəsinə aparılıb. Dindirilmə və ittihamın elan edilməsi prosedurlarından sonra isə Kərəcin Mərkəzi Həbsxanasına köçürülüb.
28 Avqust 10:48
1 498
25 Avqust 11:15
2 660
25 Avqust 11:13
2 527