Qırğızısatnın paytaxtına üçuşlar dayandırılıb Dünya

Qırğızısatnın paytaxtına üçuşlar dayandırılıb

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdəki "Manas" Beynəlxalq Hava Limanında bütün reyslər müvəqqəti dayandırılıb.

Bu barədə xəbər verən “AKİpress” buna səbəb kimi “TezJet” aviaşirkətinə məxsus Boeing 717 təyyarəsinin havaya qalxarkən arxa şassilərindən birinin sıradan çıxması səbəbindən baş verən qəza olduğunu göstərib.

Məlumata görə, hava limanı uçuş-enmə zolağında təyyarənin hissələri və dağılmış aviasiya yanacağı təmizlənənədək bütün uçuşların qəbulunu və yola salınmasını dayandırıb. Daha sonra hava limanının saat 22:00-dək bağlandığı açıqlanıb.

Bildirilir ki, təyyarədə 181 sərnişin və 6 ekipaj üzvü olub. Bütün sərnişinlər təxliyə edilib, ağır xəsarət alan olmayıb. Bir neçə nəfərə yüngül tibbi yardım göstərilib.