I Beynəlxalq İslam Sivilizasiyası Forumu öz işinə başlayıb Cəmiyyət

I Beynəlxalq İslam Sivilizasiyası Forumu öz işinə başlayıb

İyulun 7-də Özbəkistan Respublikasında keçirilən I Beynəlxalq İslam Sivilizasiyası Forumu öz işinə başlayıb.
Tədbirdə Azərbaycan, Mərakeş, Misir, İordaniya, Malayziya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Fələstin, Maldiv, Suriya, Rusiya, Serbiya, Finlandiya, Oman və digər ölkələrdən dini məsələlər və mədəniyyət sahələrinə məsul dövlət orqanlarının rəhbərləri, dini liderlər, beynəlxalq təşkilatların, ali təhsil, elmi-tədqiqat müəssisələrinin nümayəndələri iştirak edirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov forumda çıxış edərək Azərbaycanda multikultural dəyərlərin təşviqi və konfessiyalararası həmrəyliyin möhkəmləndirilməsi ilə bağlı görülən tədbirlər barədə məlumat verib.

Cavid