Ərdoğan və Tramp ikitərəfli əlaqələri və NATO çərçivəsində əməkdaşlığı müzakirə edirlər Dünya

Ərdoğan və Tramp ikitərəfli əlaqələri və NATO çərçivəsində əməkdaşlığı müzakirə edirlər

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Trampın danışıqları Ankaradakı Beştəpə Prezident Kompleksində başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.

Tramp Ankara hava limanına NATO sammitində iştirak etmək üçün gəlib və onu orada şəxsən Ərdoğan qarşılayıb. Həmin vaxt iki ölkə prezidenti arasında qısa danışıqlar da baş tutub.

Türkiyə mediasının məlumatına görə, Ərdoğan və Trampın danışıqlarının gündəliyinə Ukraynadakı münaqişənin nizamlanması və Türkiyə platformasında danışıqlar prosesinin bərpası, müdafiə sənayesi sahəsində əməkdaşlıq — xüsusilə "Kaan" qırıcısı üçün Türkiyəyə 700 milyon dollarlıq mühərriklərin tədarükü, "Sanksiyalar vasitəsilə Amerikanın rəqiblərinə qarşı mübarizə haqqında" qanun (CAATSA) çərçivəsindəki məhdudiyyətlərin ləğvi və Ankara üçün "F-35" qırıcılarının istehsalı proqramına qayıdış məsələləri daxildir. Türkiyə və ABŞ liderləri, həmçinin iqtisadi sahədə əməkdaşlığı, xüsusən də ikitərəfli ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması məsələsini müzakirə etmək niyyətindədirlər.

Beştəpədəki ikitərəfli görüşdən sonra Tramp alyansın sammitinə start verəcək rəsmi şam yeməyində NATO ölkələrinin liderlərinə qoşulacaq.

Məryəm Quliyeva