Ərdoğan və Tramp arasında görüş keçirildi Dünya

Ərdoğan və Tramp arasında görüş keçirildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp arasında ikitərəfli görüş keçirilib.

Görüş Ankaradakı Prezident Sarayında baş tutub.

Görüş zamanı Türkiyə lideri rəsmi Vaşinqtonun rəhbərini Ankarada salamlamaqdan məmnun olduğunu ifadə edib.

Öz növbəsində ABŞ lideri Rəcəb Tayyib Ərdoğanın qlobal miqyasda böyük nüfuza və xüsusi hörmətə malik olduğunu vurğulayıb.

Türkiyənin güclü bir dövlət olduğunu qeyd edən Donald Tramp, xüsusilə Prezident Ərdoğanın rəhbərliyi altında ölkənin hərbi müdafiə sənayesi sahəsində ciddi uğurlar qazandığını və xeyli inkişaf etdiyini diqqətə çatdırıb.