Poroşenko yeni müdafiə naziri təyin edib Dünya

Poroşenko yeni müdafiə naziri təyin edib

"RBK-Ukrayna" xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə dövlət başçısının saytında bildirilir. Ukrayna prezidenti vurğulayıb ki, müdafiə nazirinin dəyişdirilməsi üçün münasib vaxtdır. P.Poroşenko Ali Radanın müzakirəsinə Müdafiə Nazirliyinin yeni rəhbərinin namizədliyini təqdim edib. Ali Radanın 14 oktyabrda keçiriləcək iclasında aydınlıq gələcəyi deyilir. Məlumata görə, yeni nazirin Donbas hövzəsində antiterror əməliyyatında iştirak etmiş bölmələrdən birinin komandiri ola biləcəyi gözlənilir. Son zamanlar V.Qeletey ölkənin şərqində həyata keçirilən əməliyyatların uğursuzluğuna görə güclü tənqid olunurdu. V.Qeletey 2014-cü ilin iyul ayında müdafiə naziri postuna təyin edilib. Son məlumata görə Milli Qvardiyanın komandanı Stepan Potorak Ukraynanın yeni müdafiə naziri təyin edilib.