Poroşenko və Obama arasında telefon danışığı olub Dünya

Poroşenko və Obama arasında telefon danışığı olub

Ukrayna prezidenti Pyotr Poroşenko və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. UNN agentliyinin verdiyi xəbərə görə, tərəflər energetika məsələlərini müzakirə edərək, qaz probleminin həllinin vacibliyini vurğulayıblar. Poroşenko Ukraynada sülhün bərqərar olması üçün davamlı səylərinə görə Obamaya minnətdarlığını bildirib. ABŞ prezidenti, öz növbəsində, Ali Rada tərəfindən "Prokurorluq haqqında" və korrupsiyaya qarşı bir sıra qanunların qəbul edilməsini alqışlayıb.