Ərdoğandan “30 mart” anonsu Dünya

Ərdoğandan “30 mart” anonsu

Ya siyasətdən gedəcək, ya da Gülən tərəfdarlarına qarşı əməliyyat başlayacaq

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yeni həbslərin anonsunu verib. Jurnalistlərlə söhbətində Ərdoğan bildirib ki, "Camaat"la AKP hökuməti arasında ilk qırılma 2010-cu ildə keçirilən referendumda baş verib: "İndi bilindi ki, polis və kəşfiyyatdan sonra məhkəmə sistemini də beləcə ələ keçirdilər".
Baş nazir bildirib ki, martın 30-da keçirilən bələdiyyə seçkilərindən sonra "Camaat"a qarşı "lazımı addımlar" atılacaq. Ərdoğan bələdiyyə seçkilərində hakim partiyanın qalib gəlməyəcəyi təqdirdə siyasətdən getməyə hazır olduğunu da bildirib. Ərdoğan deyib: "Tam açıq şəkildə söyləyirəm, seçkilərdə qalib gəlməsək, siyasətdən getməyə hazıram".