SEPAH ABŞ-nin Küveytdəki iki hərbi bazasını vurduğunu açıqlayıb Gündəm

SEPAH ABŞ-nin Küveytdəki iki hərbi bazasını vurduğunu açıqlayıb

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran SQ-nin elit hissələri) ABŞ-nin Küveytdəki iki bazasında yerləşən hərbi obyektlərinə hücum edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.

"Əli əl-Salim aviabazasında ABŞ qoşunlarının böyük hərbi texnika anbarına, "Patriot" raketdən müdafiə sisteminə və "MQ-9" dronlarının anqarına pilotsuz uçuş aparatları ilə zərbələr endirilib. Qardaşlarınız, həmçinin "Əl-Adiri" kazarmalarında ABŞ qoşunlarının dislokasiya olunduğu yerə və iki helikopter anqarına hücum ediblər", — deyə İran dövlət teleradio şirkəti SEPAH-ın bəyanatını sitat gətirib.

Qeyd olunur ki, endirilən zərbələr nəticəsində "bir neçə əsgər həlak olub və yaralanıb, helikopterlərə və dronlara böyük ziyan dəyib". SEPAH, həmçinin ABŞ-nin regiondakı telekommunikasiya qüllələrindən birinə zərbə endirildiyini bildirib.

Məryəm Quliyeva