Separatçılar hücuma hazırlaşırlar Dünya

Separatçılar hücuma hazırlaşırlar

Ukraynanın şərqində müharibə yenidən qızışır

Cavid

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Andriy Lysenko deyib ki, separatçılar atəşkəsdən hökumət qoşunları üzərinə yeni hücumlar etmək məqsədilə öz qüvvələrini təkrar qruplaşdırmaq üçün ifadə edirlər. Onun sözlərinə görə, separatçılar gündüz geri çəkdikləri texnikanı gecələr əvvəlki mövqelərinə gətirirlər.
O deyib ki, separatçıların Mariupol və Donetskdən şimaldakı Artyomovsk üzərinə hücuma hazırlaşdıqlarını göstərən əlamətlər var.
Lysenko deyib ki, qiyamçılar şənbə günü hökumət qoşunlarının mövqelərini 34 dəfə atəşə tutublar.
Öz növbəsində qiyamçılar bildirirlər ki, Ukrayna tərəfi son 24 saat ərzində Donetsk bölgəsini 26 dəfə atəşə tutub.
Separatçıların komandanlarından Eduard Basurin bildirib ki, onlar ağır texnikanı cəbhə xəttindən ATƏT-in müşahidəsi altında geri çəkirlər. Bununla belə, qiyamçılar öz texnikalarını çəkdikləri son məntəqəyə ATƏT nümsayəndələrini buraxmırlar.
ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payett isə bildirib ki, onun ölkəsi Ukrayna silahlı qüvvələrinin hərbi-məşq toplantıları üçün 120 milyon dollar vəsait ayıracaq. Bu barədə "dialog.ua" saytı yazıb. Həmin vəsaitlərin eyni zamanda havada istifadə olunan silahların təmin olunmasına da aid edilməsi barədə dəqiq heç nə deyilməyib.
Payett onu da qeyd edib ki, Donbasdakı (Donetsk-red.) silahlılar Rusiya ordusunun davamı kimi qəbul edilməlidir: "Ukraynanın Şərqindəki silahlılar faktiki olaraq Rusiya hərbi qüclərinin davamı, o cümlədən həmin ölkənin dövlət gücünün alətidirlər".
Səfir bu yaxınlarda Debaltsevoya və Uqleqorska hücumlar arxasında da, məhz Rusiyanın əli olduğunu bəyan edib: "Rusiyanın hərvi qüvvələri Şərqi Ukraynada güclü hərbu struktur yaradıb. Burada savaşa nəzarət edən generallardan tutmuş, kiçik ranqlı zabitlərə qədər rusiyalı hərbçilər var. Onlar kəşfiyyat məlumatlarının toplanması, operativ rəhbərlik, eləcə də artilleriya atəşlərinin korrektəsində yaxından iştirak edirlər. Yaxınlarda Debaltsevoya və Uqleqorska olan hücumlar arxasında da məhz Rusiyanın əli var".
Qeyd edək ki, ABŞ-la yanaşı, digər bir neçə nüfuzlu Qərb ölkələri də Ukraynada separatçıların məhz Rusiya hərbi qüvvələri tərəfindən idarə olunduqlarını iddia edirlər.
Bu arada BMT Ukraynada həlak olanların sayını açıqlayıb. BMT-nin insan haqları üzrə rəsmisi deyir ki, ötən ilin aprelindən Ukraynanın şərqindəki münaqişədə 6 mindən çox ölən olub.
Martın 2-də yaydığı bəyanatda BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Zeid Raad al-Hussein hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında müharibədə "dinc insanların və infrastrukturun rəhmsizcəsinə məhvini" pisləyib.
"Bir ildən də az bir müddətdə 6 mindən çox adam həlak olub," o, deyib.
Təkcə son həftələrdə yüzlərlə dinc sakin və hərbçi öldürülüb. Səbəb Donetsk aeroportu və Debaltseve şəhəri ətrafında döyüşün yenidən qızışmasıdır.
Moskva münaqişəyə dəxli olmadığını bildirir. Ancaq BMT-nin hesabatına görə, dekabrdan bəri Rusiyadan separatçılara "ağır texnika və xarici döyüşçülərin göndərilməsinə dair etibarlı məlumatlar mövcuddur".
Son günlər atışma kəsilib və 2 fevral Minsk atəşkəs sazişinə əməl olunacağına ümidlər artıb.
Ukrayna hərbçiləri bildiriblər ki, ötən bazar ölkənin şərqində atəşkəs rejiminə tam əməl olunub, lakin separatçılar atəşkəsdən hökumət qoşunları üzərinə yeni hücumlar etmək məqsədilə öz qüvvələrini təkrar qruplaşdırmaq üçün ifadə edirlər.
Hər iki tərəfin öz ağır silahlarını cəbhə xəttindən geri çəkməsi uzunmüddətli sülhün bərqərar edilməsinə ümidlər yaradır.