BMT baş katibi postuna qadın gətirilir Dünya

BMT baş katibi postuna qadın gətirilir

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Qi Mun hesab edir ki, təşkilatın növbəti rəhbəri qadın olmalıdır. TASS agentliyinin verdiyi məlumata görə, bu barədə baş katibin nümayəndəsi Fərhan Haq bildirib.
"Pan Qi Mun dəfələrlə qeyd edib ki, BMT-nin baş katibi postunu qadın tutmalıdır. Bunun vaxtı çatıb. Baş katibin özü növbəti seçkilərdə iştirak etməyəcək və heç kimin namizədliyini dəstəkləməyəcək. Lakin şübhəsiz ki, bu qadın olmalıdır", deyə F.Haq bildirib.