Baş redaktor dələduzluğa görə tutulub Hadisə

Baş redaktor dələduzluğa görə tutulub

Qəzet baş redaktoru dələduzluğa görə tutulub. Nəsimi Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluqda təqsirləndirilən 1980-ci il təvəllüdlü Yusif Məhəmməd oğlu Osmanlı saxlanıb.
Polisdən həmçinin bildirilib ki, Y. Osmanlı bir neçə vətəndaşa qarşı dələduzluq etdiyinə görə, bir müddət əvvəl axtarışa verilibmiş.
APA-nın əldə etdiyi məlumata görə, Y. Osmanlı "Yeni Avropa" qəzetinin təsisçi və baş redaktorudur.