Rubio "G7" görüşünün əsas mövzularını açıqlayıb
9 Noyabr 12:40
9 Noyabr 12:40
9 Noyabr 12:24
Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Milli Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub
21 Aprel 2022 11:35
4 158
Yaxın zamanlarda Ağdamda Cümə məscidi və Qiyaslı məscidinin bərpasına başlanılacaq.
Bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, paralel olaraq Üzərliktəpədə də arxeoloji işlər aparılır.
“Bu işlər yekunlaşdıqdan sonra ərazidə infrastruktur layihələrinin icrası nəzərdə tutulur. Ümumiyyətlə azad olunan ərazilərdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox tarixi-mədəni abidələr var. Şuşa qalası, Xüdafərin körpüləri, Gəncəsər, Xudavəng monastırları, Qutlu Musa türbəsi, 1,5 milyon illik yaşı olan Azıx mağarası Qarabağ və Şərqi Zəngəzurda dünya əhəmiyyətli tarixi-mədəni abidələrdir. Onlardan Üzeyir Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin büstü və məqbərəsi, Bülbülün ev muzeyi artıq bərpa olunub. Bunların ardınca Aşağı və Yuxarı Gövhər Ağa, Saatlı məscidlərinin də bərpası davam etdirilir”,- deyə o bildirib.
9 Noyabr 12:20
868
9 Noyabr 12:19
882
9 Noyabr 12:00
826