İtaliyada ofislərdə kondisionerlərlə bağlı yeni qadağa qüvvəyə minir Hadisə

İtaliyada ofislərdə kondisionerlərlə bağlı yeni qadağa qüvvəyə minir

İtaliyada dövlət müəssisələrində soyutma sistemlərini 25 dərəcədən aşağı təyin etməyi qadağan etmək təklif olunur.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, qanun rəsmi qüvvəyə minməsə də, hökumətin ətraf mühit və biznes komitəsi bu dəyişikliyi təsdiqləyib.

Dövlət İdarəçilik Naziri Renato Brunetta bildirib ki, yeni qaydalar 2022-ci ildə iki ilə təxminən dörd milyard kubmetr qaza qənaət etməyə imkan verə bilər, bu da ortalama 2,7 milyon evin illik qaz istehlakı ilə eynidir.

Hazırki qaydalara görə, yay aylarında soyutma sistemləri 27 dərəcədən aşağı, ictimai binalarda isitmə sistemi isə qışda 19 dərəcədən yuxarı təyin edilə bilməz. Yeni qaydalar temperaturu müvafiq olaraq 2 dərəcə azaltmağa və artırmağa imkan verəcək.

Qaydanı pozanları 500-3000 avro məbləğində cərimə gözləyir.