13:24
441
Böyük Britaniya Azərbaycan biznesləri üçün yeni ticarət və investisiya imkanlarının inkişafına dəstəyini davam etdirir.
APA xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman “X” hesabında qeyd edib.
“İqtisadi artıma töhfə verən tərəfdaşlığımızı daha da gücləndiririk. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarın Azərbaycana ilk səfəri zamanı Prezident İlham Əliyevlə görüşdük. Azərbaycanın ən böyük xarici investoru olan Böyük Britaniya hər iki ölkənin biznesləri üçün yeni ticarət və investisiya imkanlarının inkişafına dəstəyini davam etdirir”, - səfir vurğulayıb.
14:16
287
13:37
406
13:25
392