Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
“Türkiyə Azərbaycanın NATO proqramına qoşulmasını tələb edir”
Könül Nurullayeva: Ermənistanın müharibə cinayətləri ifşa olunub
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb
11:57
427
“Payız mövsümü ilə əlaqədar İri Şəhərlərin Su Təchizatının tabeli qurumları hazırda cari hazırlıq tədbirlərini həyata keçirirlər. Rayon sukanal idarələri plana uyğun olaraq mövcud yağış barmaqlıqlarının və suqəbuledici qurğuların təmizlənməsi, yağış xətlərinin yuyulması, kollektor və şəbəkələrin texniki vəziyyətinin yoxlanılması, eləcə də mümkün yağıntılar zamanı su axınının maneəsiz yönləndirilməsi üçün zəruri tədbirlər görürlər. Bu işlərə texnika və canlı qüvvə cəlb olunur, əsas diqqət yağış sularının toplanmasının qarşısının alınmasına, mövcud şəbəkələrin yağış mövsümünə hazır vəziyyətə gətirilməsinə yönəldilir. Yəni hazırkı mərhələdə xidmətin mövcud infrastruktur və texniki imkanları çərçivəsində yağış mövsümünə hazırlıq məqsədilə bütün zəruri tədbirlər görülür. Mövcud imkanlar hesabına həyata keçirilən cari və texniki tədbirlər əsasən operativ və mövsümi xarakter daşıyır. Şəhərin yağış sularının idarə olunması ilə bağlı uzunmüddətli, kompleks və fundamental nəticələrin əldə olunması isə Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan iri infrastruktur layihələrinin icrası ilə mümkün olacaq”.
Bu haqda xalqcebhesi.az-a İri Şəhərlərin Su Təchizatından bildirilib.
Qeyd olunub ki, 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında tullantı suların idarə olunması, kanalizasiya və yağış infrastrukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm layihələr nəzərdə tutulub: “Bu layihələrin mərhələli şəkildə icrası mövcud infrastrukturun əhatə dairəsinin genişləndirilməsi, yeni kanalizasiya xətlərinin və kollektorların inşası, yağış sularının daha səmərəli idarə olunması və şəhərin müxtəlif ərazilərində yağış sularının toplanması risklərinin azaldılması istiqamətində əhəmiyyətli nəticələrin əldə edilməsinə hesablanıb”.
“Hazırda Dövlət Proqramı çərçivəsində müəyyən ərazilərdə tikinti-quruculuq işlərinə başlanılıb. Xüsusilə qeyd edək ki, burada söhbət yalnız ayrı-ayrı küçə və ərazilərdə lokal tədbirlərin görülməsindən deyil, şəhər miqyasında yağış sularının idarə olunmasını təmin edəcək sistemli infrastrukturun formalaşdırılmasından gedir. Nəticə etibarilə, indiki halda həm mövsümə hazırlıq, həm də daha genişmiqyaslı infrastruktur yenilənməsi istiqamətində paralel iş aparılır” deyə məlumatda deyilir.
Röya İsrafilova