“Fransa Azərbaycana qarşı qərəzlidir”
5 Oktyabr 20:23
5 Oktyabr 20:23
5 Oktyabr 18:39
08:52
371
Yəməndəki husiləri dəstəkləyən İran bölgədə sabitliyin olmasını istəmir. Xüsusən də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın birgə hərbi ittifaq yaradılması Tehranın narahatlığına səbəb olub.
Bunu xalqcebhesi.az-a siyasi şərhçi Füzuli Kərimov deyib.
Qeyd edək ki, Yəmənli husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına və Rabihadakı “Aramco” neft emalı zavoduna ballistik raket və dronlarla hücum ediblər.
Oktyabrın 5-də isə Yəmən hakimiyyəti Husilərin nəzarətində olan əraziləri geri qaytarmaq və Sənanı azad etmək məqsədilə “Yəmən şəfəqi” əməliyyatına başlanıldığını açıqlayıb.
Səudiyyə koalisiyası isə “Ənsar Allah”ın mövqelərinə endirilən zərbələrdə 100-ə yaxın qırıcı təyyarənin iştirak etdiyini və 300-dən çox hədəfin vurulduğunu bildirib.
F.Kərimov deyib ki, husilərin əsas məqsədi Yəməndə hakimiyyətə sahiblənmək və Səudiyyə Ərəbistanın onlara mane olmasının qarşısını almaqdlr: "İran bunlara görə husilərə hərtərəfli dəstək göstərir. İstəyir ki, islam dünyasında ancaq o güc sahibi olsun".
Cavid