"Trampın artıq itirəcəyi heç nə qalmayacaq" Dünya

"Trampın artıq itirəcəyi heç nə qalmayacaq"

Trampın İranla danışıqlara razı olmasının nəticədə İrana zərbələr endirməsi ilə bitdiyini İran tərəfi də etiraf edir.
Tramp Konqresə aralıq seçkilərində respublikaçıların məğlub olacağını yəqinləşdirsə, seçkiyə az qalmış İrana son və qəti hücuma keçəcək.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov Trampın İranla danışıqlara birbaşa iştiraka razılığını bildirməsinə münasibətində deyib.

"Onun bölgəyə əsgər və üçüncü hərbi gəmi göndərilməsi bunu deməyə əsas verir. Tramp seçkidə məğlub olandan sonra impiçmentlə üzləşəcəyini bilir və buna qarşı addımlar atacaq. Bu addım isə İran hərbi kampaniyasından qələbə ilə çıxmaqdır. Demokratların onu hakimiyyətdən salmağa vaxt vermədən Amerika ictimaiyyətində qalib imici yaratmaq lazımdır.
İranla ən tez zamanda müharibə riski olduqca böyükdür. Bu dəfə İsrailin də müharibəyə qoşulacağı mütləq olacaq. Trampın artıq itirəcəyi heç nə qalmayacaq".

Cavid