“Fransa Azərbaycana qarşı qərəzlidir”
5 Oktyabr 20:23
5 Oktyabr 20:23
5 Oktyabr 18:39
09:14
434
Husilərin Mədinədə Peyğəmbər məscidinə elektrik enerjisi verən elektrik paylama stansiyasına və Ər-Riyaddakı hava limanı, "Aramco" neft emalı zavoduna edilən pilotsuz təyyarə hücumunu pisləyirik.
Bunu xalqcebhesi.az-a Gənc Diplomatiya Forumunun təsisçisi və prezidenti Malik Musavar Hameed Tanoli (Pakistan) deyib.
O, qeyd edib ki, husilərin terror hücumları regionda və daha geniş müsəlman dünyasında qınaqlara səbəb olub. Qətər, Türkiyə, İƏT və bir neçə ərəb dövləti Səudiyyə Ərəbistanı ilə həmrəylik ifadə edib və İslam müqəddəs yerlərinin müqəddəsliyinə və beynəlxalq hüquqa hörmət etməyə çağırıb:
"Əl-Əzhər də hadisəni pisləyib və bildirib ki, Mədinəni hədəf almaq dünya müsəlmanlarının hisslərini qıcıqlandırır. Bu hadisələr bölgədə gərginliyin artması, eskalasiyanın qarşısını almaq və mülki infrastrukturu və müqəddəs yerləri qorumaq üçün yeni çağırışlar fonunda baş verir".
Cavid