"Tramp ABŞ-nin Avropadakı hərbi iştirakını azaltmaq və müttəfiqlərinin isə daha çox maliyyə yükünü çoxaltmaq istəyir" Dünya

"Tramp ABŞ-nin Avropadakı hərbi iştirakını azaltmaq və müttəfiqlərinin isə daha çox maliyyə yükünü çoxaltmaq istəyir"

ABŞ prezidenti Donald Trampın 5 oktyabrda LRT kanalının müxbirinin sualına cavab olaraq, Litvada ABŞ hərbi bazasının yaradılması ilə bağlı Vilnüs tərəfindən edilən müraciəti, mütləq nəzərdən keçirəcəklərini bildirib. Vaşinqtonun bu təklifi nəzərdən keçirəcəyini açıq şəkildə bildirməsi və Litva, ABŞ qoşunlarının daimi yerləşdirilməsinin bütün xərclərini ödəməyə hazır olması və bu istiqamətdə iki ölkə arasında artıq müzakirələrin aparıldığını da əlavə etsək, Trampın NATO ölkələrindən müdafiə xərclərinin artırılmasını və ABŞ-ın üzərinə düşən maliyyə yükünün azaldılmasını tələb etdiyi şəraitdə və vaxtda əlbəttə ki diqqət çəkən məqamdır və hesab edirəm ki, Tramp administrasiyası tezliklə bu təklifə müsbət cavab verəcək.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

"Həmçinin Litvanın daimi baza təklifi ABŞ-nin Avropadan müəyyən qüvvələri azaltmaq və yaxud da yenidən bölüşdürmək siyasətinin fonunda meydana çıxması, Vaşinqtonun Avropadakı qüvvələrinin sayını və yerləşdirilməsini ümumi olaraq təhlil etdiyindən qaynaqlanır.

Burada Litva prezidenti Gitanas Nausedanın da ABŞ-nin hərbi mövcudluğu haqda dedikləri önəmlidir. O, ölkəsinin və bütövlükdə regionun təhlükəsizliyi üçün ABŞ hərbi bazasının möhkəmləndirilməsini mühüm hesab etdiyini qeyd edib. Artıq Litva hökuməti ABŞ ordusunun məskunlaşacağı Pabrabedə bütün infrastruktur kazarmalar, yeməkxana və digər məsələləri həll edib. Həmçinin ABŞ qoşunlarının uzunmüddətli saxlanılması üçün maliyyə öhdəliyi də hazırdır.

Bilirsiniz ki Litva həm Rusiya ilə, həm də Belarusiya ilə həmsərhəddir. Pabrabedəki ABŞ hərbi infrastrukturu Belarus sərhəddinə yaxın ərazidə yerləşir. Litvanın Rusiya və Belarusdan mümkün hərbi və hibrid təhdidlər barədə narahatlıqları bütün dönəmlərdə olub.

Bu baxımdan da Litvanın bu istiqamətdə atdığı addımları başa düşmək olar. Bu baxımdan da hesab edirəm ki, həmçinin Litvanın ABŞ üçün Avropanın Şərq cinahında daha sabit hərbi dayaq nöqtəsi seçməsi olaraq da qiymətləndirmək lazımdır. Bu Belarus və Kalininqrad istiqamətləri baxımdan da xüsusi strateji əhəmiyyət daşıyır.

Bu da onu göstərir ki, məsələ təkcə Litvanın təhlükəsizliyi ilə əlaqədar deyil. ABŞ-ın Avropanın Şərq cinahında gələcək hərbi strategiyası və Avropadakı qoşunlarının necə yerləşdirilməsi məsələsidir.

Çünki, Tramp ABŞ-nin Avropadakı hərbi iştirakını azaltmaq və müttəfiqlərinin isə daha çox maliyyə yükünü çoxaltmaq istəyir".

Cavid