AİB Azərbaycanda Biləcəri–Yalama dəmir yolunun modernləşdirilməsinə dəstək verir
İsrail kapitanına hücum edilən "Flydubai" təyyarəsini vurmağa hazır olub
Səfir: Azərbaycan və Almaniya hazırda hər iki tərəf üçün ən maraqlı məsələləri müəyyənləşdirir
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
12:51
371
Sabah Azərbaycanda hava necə olacaq?
Oktyabrın 7-də gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağışın intensivləşəcəyi gözlənilir.
Bəzi yerlərdə qısamüddətə güclü olacağı ehtimalı var. Günün ikinci yarısından yağış tədricən kəsiləcək. Cənub-şərq küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-17° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunndan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, gecə və səhər saatlarında bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi ehtimalı var. Axşamdan yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.