“Demoqrafik azalma narahatlıq doğurur”
26 Yanvar 21:34
26 Yanvar 21:34
26 Yanvar 16:50
31 May 2022 13:12
2 541
Formula 1 yarışları uzun müddət Azərbaycanda keçirildiyindən yarış ərazisində olan məktəblərin kifayət qədər təcrübəsi var. Təhsil nazirliyi əsasən bu məsələni həmin məktəblərin rəhbərləri və valideynləri ilə müzakirə edir.
Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, yarışların əksəriyyəti həftəsonuna təsadüf edir.
"Tədris prosesi ilə bağlı dəyişiklik məktəb səviyyəsində verilən qərarla tənzimlənir. Həmin ərazilərdə yerləşən məktəbin rəhbərliyi və valideynlər həmin günlərdə ictimai nəqliyyatla məktəbə gəlməyi uyğun hesab edərlərsə, dərslər davam edir. Əgər bu hal mümkün olmasa, 1 və ya 2 gün digər qeyri-dərs günləri ilə əvəz oluna bilər", - deyə nazir əlavə edib.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.
26 Yanvar 21:43
1 071
26 Yanvar 19:46
1 274
26 Yanvar 19:45
959