"Kəndliyə öz məhsulunu birbaşa bazara çıxarmağa imkan yaradılmalıdır"-Naqif Həmzəyev Hadisə

"Kəndliyə öz məhsulunu birbaşa bazara çıxarmağa imkan yaradılmalıdır"-Naqif Həmzəyev

"Maraqlanmışam meyvələr kənddə elə də baha deyil, ammma Bakıda həddindən artıq bahadır". Xalqcəbhəsi.az xəbər verir ki, bunu parlamentin plenar iclasında millət vəkili Naqif Həmzəyev deyib. Deputat bildirib ki, kimlərsə buna mane olur: "Ona görə də təklif efirəm ki, kəndliyə öz məhsulunu birbaşa bazara çıxarmağa imkan yaradılmalıdır. Ona görə də kənddən şəhərə layihəsi genişləndirilməlidir. O xaman həm kəndli öz məhsulunu rahat sata biləcək, həm də şəhər sakinləri ucuz meyvə alacaq".
N. Həmzəyev eyni zamanda Gəncəyə aviareyslərin bərpa edilməsini və Gəncədaxili yolların bərbad vəziyyətə düşdüyündən asfaltlaşdırılmasının vacib olduğunu önə çəkib.

Əli