17:08
616
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımovu 55 illik yubileyi münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli Azər bəy, Sizi, yubileyiniz münasibətilə təbrik edirəm.
Partiyanın sıralarına qoşulduğunuz gündən partiya proqramının həyata keçirilməsi üçün vicdanla səy göstərmiş vəzifənizi layiqincə yerinə yetirməyə çalışmısınız. Siyasi fəaliyyətinizdə milli maraqları həmişə üstün tutmuş, bu dəyərlərə sadiq qalmısınız.
Sizi bir daha təbrik edir, möhkəm cansağlığı və uğurlar arzulayıram!".