Balacanın dərsi... Hadisə

Balacanın dərsi...

Arzu Şirinova

96 saylı marşurut ləngər vura-vura dayanacağa yaxınlaşır. Qapılar açılan kimi dayanacaqdakı sərnişinlərlə birgə iri tutumlu avtovusa minirəm. Boş yer olduğunu bilmək üçün ətrafa nəzər salıram. Bir qədər arxa oturacaqda əyləşən cavan bir qız ayağa qalxır və yer verir. Təşəkkür edib otururam. Hövbəti dayanacaqda yaşlı bir qadın, onların da ardınca 35 yaşlarında ata və bağça yaşlarında oğlu avtobusa minirlər. Qarşı tərəfdə əyləşən iki qız yerlərindən qalxaraq yaşlı qadına və balaca oğlana yer göstərirlər. Elə bunu görən ata yaşlı qadını az qala itələyərək əvvəlcə oğlunu oturdur, sonra isə özü oturub balaca ilə söhbətə başlayır.
-Bağçada nə yedin?
-Səhər "kaşa" verdilər. Müəlliməm məcbur yedizdirdi. Sonra sup verdilər, makaron və üstündə də katlet. Yatıb duranda da peçenyə ilə süd verdilər.
-Hamısını yedinmi?
-Yedim, ancaq Jalə yemədi və ağladı.
-Sən heç kimə fikir vermə. Qabağına nə qoyurlar axıra kimi ye.
-Axı supları, "kaşa"ları pis olur?
-Pis olmaz yeyərsən. Hər ay nə qədər pul veririk bağçaya.
-Ata bu gün Camal mənə pis söz dedi. Müəlliməm də onun qulağını çəkdi.
-Bəs sən nə dedin?
-Mən heç nə. Anam deyib ki, pis söz danışmaq olmaz.
-Pis söz danışma, ancaq cavabını da ver.
-Hecə?
-Qulağının dibinə birin tutuzdurardın, ağlı başına gələrdi, bir də sənə pis söz deməzdi.
Balaca oğlan çiyinlərini çəkdi.
-Ata müəlliməm deyir ki, bu il siz bağça ilə vidalaşırsınız. Ona görə də bayram keçirəcəyik, pul lazımdır.
Balaca oğlanın atası pul sözünü eşidən kimi hirsləndi.
-Hovruz bayramı təzə qurtarıb. Hə bayram söhbətidir? Deyərsən ki, pulumuz yoxdur.
-Mən deyə bilmərəm.
-Hiyə?
-Çünki sonra Jalə mənə güləcək ki, biz kasıbıq. Uşaqlar da ona qoşulacaq, məni ələ salacaqlar. Müəllimə də məni sevməyəcək.
Ata hirsini güclə cilovladı.
-Pul verərsən?
-Yaxşı verərəm.
-Yaxşı deyirsən, sonra vermirsən. Anam nənəmdən alır.
-Sən böyüklərin işinə qarışma.
-Hiyə?
-Hiyəsi odur ki, hələ balacasan. Heç nədən başın çıxmır.
-Mən hər şeyi yaxşı bilirəm.
Ata oğlunun üzünə təəccüblə baxdı.
-Həyi bilirsən?
-Anamı incitməyini, başqa əmilərlə oturub araq içməyini. Anam da səndən pul istəyəndə qışqırırsan, döyürsən.
Ata baxdı ki, oğlu evdə baş verənləri təfsilatıyla danışacaq, odur ki, söhbəti dəyişməli oldu.
-Bu gün bağçada nə öyrəndin?
Balaca oğlan küskün halda dilləndi:
-Şer öyrəndik, bayramda demək üçün.
-Hansı bayramda?
-Dedim axı, bu il bağçanı qurtarırıq, ona görə də bayram keçirəcəyik.
-Hə bildim.
-Ata müəlliməm deyir ki, balacalar özündən böyüklərə hörmət eləməlidirlər. Küçəni keçəndə yaşlı baba və nənə görəndə qolundan tutub kömək eləməlisən. Bir də deyir ki, avtobusda yaşlı nənə və baba görəndə ayağa qalxıb yer verməlisən.
Balaca oğlanın atası uşağın söylədiklərini başıyla təsdiqlədi:
-Müəllimən düz deyir, ancaq bunlar bağça uşaqlarına aid deyil.
-Bəs kimə aiddir?
-Səndən yaşca böyüklərə.
-O zaman niyə o nənəyə yer vermədin?
Oğlunun sözləri ataya silə kimi dəydi və heç nə demədən uşağın əlindən tutub ayağa qalxdı, növbəti dayanacaqda düşdü.
Pəncərədən onlar gözdən itincə baxdım. Atanın nəsə danışdığını görmədim. Bələkə də uşaq ataya yaxşı dərs vermişdi.