“Azərbaycanın ilk ağıllı kəndi öz dogma sakinlərini artıq qarşılayıb”-millət vəkili Hadisə

“Azərbaycanın ilk ağıllı kəndi öz dogma sakinlərini artıq qarşılayıb”-millət vəkili

Azərbaycanda ilk dəfə təşkil edilən “Milli Şəhərsalma Forumu” öz işini bu gün ADA Universitetində davam etdirilib. Xalqcəbhəsi.az-ın məlumatına görə, millət vəkili Vüqar Bayramov bildirib ki, BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı və Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti) təşkilati dəstəyi ilə həyata keçirilən tədbir ölkəmiz üçün Ermənistan işğalı nəticəsində tamamilə dağıdılan şəhərlərimizin qalıqlarının real təqdimatı və eləcə də təcrübələrin paylaşdırılması baxımdan vacibdir: “İşğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda müasir çağrışlar və eləcə də yeni urban texnologiyası əsasında yaşayış məntəqələri bərpa edilir. Azərbaycanın ilk ağıllı kəndi öz dogma sakinlərini artıq qarşılayıb. Forum həmçinin qurulmaqda olanda ərazilərimizdə müasir metodların transferi baxımdan da vacib hesab olunur. Tədbirin ilk gününün təşkil olunduğu Ağdam 100, Füzuli isə 50 min əhalisi olan şəhər olacaq. Bu baxımdan, işğaldan azad olunan ərazilərimizdə inşa edilən şəhərlər müəyyən müddətdən sonra ölkəmizin böyük şəhərləri sırasına daxil olacaqlar.
Bütövlükdə, bu tədbirin Azərbaycanda təşkil edilməsi milli şəhərsalma sahəsində vacib bir hadisədir. Bu Azərbaycan təcrübəsinin də təqdimatına xüsusi imkan yaradır”.