ATU-nun Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olunub Hadisə

ATU-nun Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olunub

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyinatı olub.
Səhiyyə nazirliyindən APA-ya verilən xəbərə görə, nazirin əmri ilə türkiyəli mütəxəssis, Adnan Menderes Universiteti Tibb fakültəsinin təcili tibbi yardım kafedrasının dosenti Mücahit Avcil klinikanın direktoru təyin edilib.
Yeni direktoru səhiyyə nazirinin müavinləri İlqar Qasımov, Rasim İsmayılov və ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.
Xatırladaq ki, bunadək klinikanın direktoru professor Surxay Hadıyev idi.