Media Reyestrindən keçməyən jurnalistlər də öz fəaliyyətlərinə davam edəcəklər - Əhməd İsmayılov Hadisə

Media Reyestrindən keçməyən jurnalistlər də öz fəaliyyətlərinə davam edəcəklər - Əhməd İsmayılov

Media Reyestrində qeydiyyatdan keçən jurnalistlərə verilən vəsiqə onlar haqqında reyestrə məlumatların daxil edilməsinin təsdiqidir.

Bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

O qeyd edib ki, jurnalistlər Media Reyestrində qeydiyyatdan keçməkdə sərbəstdirlər. “Bu o demək deyil ki, reyestrdə qeydiyyatdan keçməyən jurnalistlər işləməyəcək, yəni heç bir məhdudiyyət yoxdur, jurnalist öz fəaliyyətinə davam edəcək. Təəssüflər olsun ki, bəzi ekspertlər “Media haqqında” qanunla bağlı yalnış müzakirələrə yol açırlar”, - deyə o əlavə edib.