Qubada doğuş zamanı ana və körpə ölüb Hadisə

Qubada doğuş zamanı ana və körpə ölüb

Quba rayonunda ana və körpə ölümü olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonundan Quba Perinatal Mərkəzinə gətirilən Xaçmaz sakini 1981-ci il təvəllüdlü Pərzad Qasımova dünyasını dəyişib.
Mərkəzdən APA-ya verilən məlumata görə, hamilə qadın ağır vəziyyətdə mərkəzə çatdırılıb. Göstərilən tibbi yardıma baxmayaraq ana və körpənin həyatını xilas etmək mümkün olmayıb.