İstanbulda əməkdaşlıq müqaviləsi imzalandı Hadisə

İstanbulda əməkdaşlıq müqaviləsi imzalandı

Azərbaycan və qardaş Türkiyə qiymətləndiriciləri (değerleme uzmanları) İstanbul şəhərində əməkdaşlıq müqaviləsi imzaladı.

AQC-nin rəhbəri Vüqar Oruc "Xalq Cəbhəsi"nə bildirib ki, bu müqaviləyə əsasən peşə sertifikatlarımız ölkələrimizdə tanınacaq, birgə projelərə imza atılacaq. TDUB başqanı Yaşar Bahçeci Türk Dünyası Uzmanları Dəyərləmə Uzmanları Birliyini yaxın müddətdə təsis etmək qərarı verdik. Türk dövlətlərinin inteqrasiyasını öz sahəmizdə irəlilətmək üçün Azərbaycan və Türkiyə hökumətlərinə müraciət edəcəyimizi razılaşdırdıq.

Bu birliyə Orta Asiyadakı türk dövlətləri və Quzey Kıbrıs Türk Cumhuriyyətinin də qoşulmalarını təmin etmək üçün birlikdə fəaliyyət göstərəcəyik. Bu birlik üçün çaba göstərən Cansel Yazıcı xanıməfəndiyə və AQC sədrinin Türkiyə Cumhuriyyətindəki təmsilçisi Mikayıl Mirzəzadəyə xüsusi təçəkkürümü bildirir, prosesdə iştirak edənlərə minnətdarlığımı ifadə edirəm. Türk millətinə, Azərbaycan və Türkiyə dövlətlərinə, AQC və TDUB cameələrinə xeyirli olsun!
Cavid